Ramin Musayev: "Çempionatda yeni komanda “peyda” oldu" - MÜSAHİBƏ

30.06.2017 | 6235 dəfə oxunub

PFL-in prezidenti Ramin Musayev Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - “Differdanj” oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Sevindirici haldır ki, avrokuboklara ilk dəfə vəsiqə qazanan komanda qələbə ilə başladı. Komandanın oyunçuları arasında bəzi anlaşmazlıqlar olurdu ki, bu da təbii haldı. Çempionatda bu komanda tamam başqa cür çıxış edəcək. Əsasən də 10 nömrəli oyunçunu (Belfort – red.) xüsusi fərqləndirərdim. 

- Çempionatda legioner limiti olacaq. Bu komanda indiki heyətlə oynaya bilməyəcək...

- Sössüz ki, bu, belə olacaq. Ancaq Ayxan Abbasova uğurlar arzulayıram. Hamı deyirdi ki, o, Avropada uğurlu ola bilməyəcək, ancaq göstərdi ki, buna hazırdı. Öz balamızdı, öz futbolçumuz, yetirməmizdi. Mən razı qaldım.

- “İnter”in də oyunu başlayıb, ümumiyyətlə, komandalarımızın bu mövsümkü çıxışlarından nə gözləyirsiz?

- Sössüz ki, məndən olsa, istəyərəm ki, hər bir komanda qələbə qazansın, ancaq futboldu və hər bir nəticə qeydə alına bilər.

- Ölkə çempionatı nə vaxt başlayacaq?

- Avqustun ortalarında başlayacağıq, 12 və ya 13-də.

- I divizionla bağlı vəziyyət nə yerdədi?

- Hələlik siyahıda 10 komanda var. Yeni komanda “peyda” oldu - “Binə”. Çox istəkli gəliblər. İnşallah onlar da çıxış edəcəklər. “Şəmkir”dən isə heç bir xəbər yoxdur.

- Bu sayın artmaq ehtimalı varmı?

- Bəli, mümkündü. Əgər hansısa müraciət olsa, şərtlər uyğun gəlsə, qəbul ediləcəklər.

- I Divizionun oyunları nə vaxt start götürəcək? Son müraciət tarixi nə vaxtdır?

- Sentyabrın ortaları püşk atılacaq. Həmin dəqiqəyə qədər müraciətləri qəbul etməyə hazırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail