Rəşad Sadıqov: "Differdanj” təhlükəli rəqibdir" - MÜSAHİBƏ

30.06.2017 | 5117 dəfə oxunub

"Zirə"nin yeni transferi Rəşad Sadiqov Avropa Liqasının birinci təsnifat mərhələsində "Differdanj"a (Lüksemburq) 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk dəfə idi ki, “Zirə” avrokuboklarda oyuna çıxırdı. Özünüz də gördünüz ki, çətin oldu. Bu da təcrübəsizlikdən irəli gəlir.

- Siz meydana daxil olandan sonra “Zirə”nin oyun nizam-intizami müsbət mənada dəyişdi...

- Yenə deyirəm ki, bu, təcrübəizlikdən irəli gəlir. Komanda şəklində ümumi hesablasaq, heç 3 oyun keçirməmişik. Təcrübəli futbolçu meydanda olanda oyunu nizama salır, öz təcrübəsi ilə komanda yoldaşlarına kömək olur.
 
- Rəqib gözlənilən kimi idi?

- Məncə, təhlükəli rəqibdir. Sürətli oyunçuları var. Açığı, onların oyunun görməmişdik. 2-3 yeni futbolçuları var. Sağ cinah hücumçuları da çox təhlükə yaradırdı.
 
- Şansları necə dəyərləndirirsiniz?

- Şans yaxşıdır. Burdakı oyunumu Lüksemburqda da nümayiş etdirməliyik. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Kimisə saymasan, həmin an “yanacaqsan”.
 
- Qələbəyə baxmayaraq, komandada anlaşılmazlıq var idi...

- 3-4 futbolçudan başqa, əsas heyət dəyişilib. Sağ cinah müdafiəçisi 5 gündür ki, bizimlədir. Digər yeni transferlər isə 15 gün. Bu da istər-istəməz olmalıdır. Amma yenə deməzdim ki, pis oynadıq. Qol şanslarımız da oldu.
 
- Artıq II mərhələdəki “Astra” haqda düşünmək olar?
 
- “Differdanj” təhlükəli rəqibdir.  Ötən il “Qarabağ” Lüksemburq çempionu – “Düdelanj”ı Bakıda 2:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 0:1 hesabı ilə geri düşəndə isə hamı həyəcanlanmışdı. Rəqib təhlükəlidir. Bu səddi keçməmiş “Astra” haqda düşünmək olmaz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail