"Oyundan əvvəl heç kim inanmırdı ki, bu hesabla qələbə qazanarıq"

30.06.2017 | 4845 dəfə oxunub

Bakının "İnter" klubunun hücumçusu Rauf Əliyev Avropa Liqasının I təsnifat mərhələsində səfərdə "Mladost"a qalib gəldikləri oyun (3:0) haqda fikirlərini bildirib.

Əliyev açıqlamasında böyükhesablı qələbə qazandıqlarına baxmayaraq, rəqibin zəif olmadığını deyib:

"Oyundan əvvəl heç kim inanmırdı ki, bu hesabla qələbə qazanarıq. Yaxşı nəticə əldə etdik. Ancaq rəqib bizdən çox qol epizodu yaratdı. Həmin epizodların birində fərqlənsəydilər, tamam başqa oyun olacaqdı".

Rauf Əliyev səfərdə vurulan 3 qolun mərhələni adlamaq üçün böyük addım olduğunu bildirməklə yanaşı rahatlaşmayacaqlarını da əlavə edib: "Çünki cavab oyunu var. Bakıdakı qarşılaşmanın sonuna qədər mərhələni keçdiyimizi deyə bilmərik. Yaxşı şansımız var. Növbəti mərhələyə yüksələcəyimizə inanırıq".

Rauf Əliyev oyunda baxımlı qola imza atsa da, sevincini o qədər də büruzə verməyib. Təcrübəli hücumçu bunu belə izah edir: "Adətən qolu o qədər də çılğınlıqla qeyd etmirəm. Bakıda qol vuranda çılğınlıqla sevinərəm (gülür)”.

Rauf Əliyevin "Mladost"un qapısına vurduğu gözəl qoldan sonra millimizin baş məşqçisi Robert Prosineçki onu yığmaya çağırmadığı üçün yenidən tənqid olunmağa başlayıb. Rauf isə bu haqda fikir bildirmək istəmədiyini deyib. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail