"Zirə" 3 futbolçusunu Lüksembuqra apara bilməyib

04.07.2017 | 1288 dəfə oxunub

“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində “Diferdanj”la səfər oyununu keçirmək üçün bu səhər Lüksembuqra yollanıb.

Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Ayxan Abbasov "sport24"ə açıqlamasında səfərə tam heyətlə - nəzərdə tutulan 20 futbolçuyla çıxa bilmədiklərini söyləyib.

17 futbolçuyla yola düşdüklərini bildirən gənc mütəxəssis 3 legionerin sonra komandaya qoşulacağını bildirib: "Bunlar Jozef Boum II, Kervens Belfort və Viktor İqbekoyidir. Onlar vizalarını ala bilməyiblər. Bu gün həmin məsələ tam həll olunacaq. Vizaları veriləcək və bizdən bir gün sonra gələcəklər. Bu gün Lüksemburqa çatandan sonra istirahətdir. Sabah məşqimiz matç keçiriləcək stadionda olacaq. Həmin hazılrıqda viza probleminə görə səfərə bizimlə çıxa bilməyən legionerlərimiz də iştirak edəcək".

Abbasov Lüksemburq paytaxtında "Hilton" otelində qalacaqlarını söyləyib.

Bu legionerdən İqbekoyi "Zirə" Premyer Liqada çıxış edəndən, 2 ildir onun şərəfini qoruyursa, Boum II ilə Belfort komandaya yay fasiləsində gəlib. Kervens debütündə "Differdange"a 2:0 hesabı ilə qalib gəldikləri oyunda 1 qol, 1 məhsular ötürməylə qələbədə əsas pay sahiblərindən olub.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.01.2018

10:13  PSJ - "Dijon" 8:0 VİDEO

17.01.2018

16.01.2018

15.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ