"Xəzər Lənkəran" yenə "İnter"ə uduzdu, AZAL və "Kəpəz" qələbə qazandı - YENİLƏNİB

04.12.2011 | 10682 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Stadium.az xəbər verir ki, bu turun oyunları bir günə təsadüf edib.

"Neftçi" ev oyununda "Simurq"la qarşılaşıb və inamlı qələbə qazanıb. "Qəbələ" azarkeşləri qarşısında autsayder "Sumqayıt Şəhər"lə qarşılaşmada hesabı açsa da, qonaqlar bərabərliyi bərpa edib. Ancaq Qəbələ klubu daha iki qol vuraraq qələbəni bayram edib. Uğursuzluq zolağına düşmüş "Qarabağ" isə səfərdə sevinib. Ağdam təmsilçisi "Turan"ı minimal hesabla məğlub edib.

Son turlar uğurlu nəticələr qazanan AZAL və "Bakı" üz-üzə gəlib. "Təyyarəçilər" "Bakı"nı bir qolla üstələyib. "Kəpəz" isə Bakıda "Rəvan"la qarşılaşıb və qələbə qazanıb. Turun mərkəzi matçı isə Lənkəranda olub. "Xəzər Lənkəran" azarkeşləri önündə "İnter"lə qarşılaşıb. Tsxadadzenin komandası ilk dövrədə olduğu kimi bu dəfə də Lənkəran təmsilçisini bir qolla məğlub edib. 

Premyer Liqa
15-ci tur

4 dekabr (bazar)

16:00. Xəzər Lənkəran – İnter - 0:1
Qol: Baçana Tsxadadze, 78 (0:1) 
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Ramiz Əsədov, Orxan Məmmədov.
Lənkəran şəhər mərkəzi stadionu.

Oyun başlandı.
3. Pit sağ cinahdan cərimə asmasını yerinə yetirdi. "İnter" müdafiəsi ikinci mərtəbədə yaxşı oynadı. Ardından Eder sağdan cərimə meydançasına ötürmə vermək istəsə də, bu həmlənin də qarşısı alındı.
4. Oyun çox canlı gedir.
7. "İnter"in ilk təhlükəli epizodu. Sol cinahdan cərimə meydançasına daxil olan rəqib futbolçusu topu qapının önünə ötürdü. Kamran da irəli çıxdığından yalnız Allahverdiyev topu boş qapının önündən uzaqlaşdırdı.
9. Bonfimin cərimə meydançasına verdiyi asma nəticəsində top qapıya doğru istiqamətləndi. Lomaya barmaqları ilə topu kornerə çıxardı.
10. Oyunda ilk küncdən zərbə Pitin ifasında - "İnter" müdafiəsi təmiz oynadı.
12. Abdullayev meydanın mərkəzində rəqib futbolçusuna qarşı pressinq etməklə Semedonun gedişi istiqamətinə topu çıxardı. Müdafiəçi ilə çiyin-çiyinə gedən portuqaliyalının zərbəsi yandan keçdi.
14."İnter" hücumlarının daha çox sağ cinahla edir. Burada Nizami Hacıyev daha fəaldı.
18.Allahverdiyev meydanın mərkəzində rəqibin hücumunu kobudluqla saxladığına görə xəbərdarlıq aldı.
25.İndi isə Pit simulyasiyaya görə sarı vərəqə alır.
33.Meydanın "İnter"ə aid olan hissəsində hər iki komandanın futbolçusu toqquşdu. Qonaq komandanın futbolçusu yerdə qalsa da, baş hakim "Xəzər Lənkəran"ın hücumunu dayandırmadı. Lakin yan xətt hakiminin havaya qalxan bayrağı baş hakimin qərarını dəyişdi.
34.Sağ cinahda bu dəfə Asif Mirili qaydanı pozdu və sarı vərəqəsini aldı.
40.Pitin asmasından sonra "Xəzər Lənkəran" korner qazanır, ancaq bu küncdən asma da nəticəsiz qalır.
42.Əks hücum zamanı Subaşiç mərkəzdə topu ələ keçirsə də, müdafiəçilərin təzyiqi altında Şəhriyara ötürmə etməli olur. Ardından hücumun cinahı dəyişdi və hər şey Allahverdiyevin uğursuz zərbəsi ilə başa çatır. 
İlk hissə başa çatdı.
İkinci hissə başlandı.
47.Abdullayev və Eder ardıcıl olaraq iki dəfə "İnter"in cərimə meydançasına asma etdilər, lakin hər iki halda müdafiə topu uzaqlaşdırdı.
48.Poladovun cərimə meydançasına verdiyi təhlükəli ara ötürməsini Mureşan uzaqlaşdırdı.
50."Xəzər Lənkəran"da əvəzetmə: Şəhriyar Xəlilov yerini Mario Rosasa verir.
58."İnter"in heyətində dəyişiklik: Nizami Hacıyevi Asif Məmmədov əvəzləyir.
67.Elnur Abdullayevin cərimə zərbəsindən sonra Lomaya topu çıxardı, dirəyin yanında olan Ederin başla zərbəsindən sonra qapıçı daha bir seyv etdi.
69."İnter"dən olduqca təhlükəli hücum. Sol cinahdan orta səviyyədə ötürülən topa Tsxadadze zərbə endirdi, lakin top qapıya istiqamətlənmədi. Özünü yetirən Allahberdiyev təhlükəni sovuşdurdu.
72.Elnur Abdullayevin yerinə oyuna Rusiç daxil oldu.
76.Pitin zərbəsindən sonra Lomaya topu tutdu.
77.Qol! "İnter" hesabı açdı.
78.Abramidze cərimə meydançasına sağdan daxil olub yerlə topu qapı qarşısına ötürdü. Burada Tsxadadze hamının qabaqlayıb topu tora salmağı bacardı - 0:1.
78.Tsxadadze qolu qeyd edərkən köynəyini çıxardığı üçün sarı vərəqə al
79.Rəqib qapıçının səhvindən sonra nə Semedo, nə Rusiç topu qapıdan keçirə bilmədilər.
82."İnter"də son əvəzetmə: Tsxadadzenin yerinə Krastovçev oyuna daxi olur.
83.Eder cərimə zərbəsindən birbaşa topu qapıya göndərmək istəsə də, Lomaya topu tutdu.
Matç başa çatdı.

16:00. AZAL – Bakı - 1:0
Qol: Tales Şütz, 15 (1:0)
Hakimlər: Anar Salmanov, Elman Musayev, Zeynal Zeynalov, Elvin Əsgərov.
Bakı. AZAL Arena.
 
Oyun başlandı.
4. İbekoyinin zərbəsi zamanı qonaqların bəxti gətirir.
9. "Bakı"nın yerinə yetirdiyi korner zamanı Cahangir Həsənzadə topu tutur
15. Qol! Tales Şütz nəhayət ki, meydan sahiblərinin hücumlarından birini qolla tamamlayır - 1:0
19.AZAL ikinci qola yaxın olsa da, cəhd uğursuz olur.
25.Mensur Limani zədələnir və onu Georgi Boqyu əvəzləyir.
30.Karqbo az qala avtoqola imza atacaqdı. Ancaq səhvini özü düzəldir və topu boş qapıdan çıxarır.
32.AZAL-ın künc zərbəsindən sonra Şarliya komandasını qoldan xilas edir.
34.Ervin Bulku sarı vərəqə alır.
35.Boqyunun zərbəsi qapıdan azca aralı keçir.
42.Rəhman Hacıyevin zərbəsindən sonra Cahangir Həsənzadə topu tutur.
İlk hissə başa çatdı.
İkinci hissə başlandı.
50. Fasilədən sonra da AZAL üstün tərəfdir.
65. Şarliya "Bakı"nı qoldan xilas edir.
73. Bu dəfə Cahagir Həsənzadə ardıcık iki epizodda komandasını qoldan xilas edir.
84. Denis İvanov sarı vərəqə alır.
90. Karqbonu Bates əvəzləyir.
90+1. Benuahi qapıçı ilə üz-üzə qalsa da, zərbəsi dirəyə toxunub çölə çıxır.
Oyun başa çatdı.

16:00. Rəvan – Kəpəz - 1:2
Qollar: Reis Klaudinei, 57 (1:2) - Yuri Fomenko, 30 (1:0). Yuri Fomenko, 43 (2:0) 
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov.
Bakı. Dalğa Arena.

Oyun başlandı.
5."Kəpəz"in təhlükəli hücumu zamanı qapıçı və müdafiəçilər hesabın açılmasına mane olur.
6.Qonaqların künc zərbəsi nəticəsiz olur.
11.Cavad Mirzəyev zədələnir və oyuna davam edə bilmir. Onun yerinə Pərvin Paşayev meydana daxil olur.
12."Rəvan" qola yaxın olsa da, Barlayın zərbəsindən sonra komandası yalnız küncdən zərbə qazana bilir. Korner də nəticəsiz qalır.
19.Klaudiney real qol şansını əldən verir.
19.Pərvin Paşayev sarı vərəqə ilə cəzalandırılır.
20.Qonaqların hücumu zamanı Davud Kərimi qola imkan vermir
23."Rəvan"ın hücumu zamanı Kolesnikov inamlı oynayır.
30.Qol! Yuri Fomenko "Kəpəz"i hesabda önə keçirir.
34. Tural Axundov yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmir. Bunun ardınca isə sarı vərəqə ilə cəzalanır.
43.Qol! Fomenko özünün və komandasının ikinci qoluna imza atır.
İlk hissə başa çatdı.
İkinci hissə başlandı.
57. Qol! Klaudiney Tagimin ötürməsini qolla tamamlayır və hesab arasındakı fərqi azaldır - 1:2
60."Rəvan" ikinci hissədə təzyiqi artırıb.
66.İsgəndərov sarı vərəqə alır.
69.Sultanovu Suares əvəzləyir.
75. "Rəvan" daha çox hücum etsə də, hesabı bərabərləşdirə bilmir.
82. H.İsgəndərovu Ş.Şahbuzov əvəzləyir.
Matç başa çatdı.
 
14:00. Neftçi – Simurq - 4:2
Qollar: Araz Abdullayev, 10 (1:0), Araz Abdullayev, 36 (2:1), Bahodir Nasimov, 69 (3:1), R.Abışov, 76 (4:1) - 
Robertas Poşkus, 18 (1:1). Kristaps Qrebis, 90+2 (4:2).
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Rza Məmmədov, Teymur Fərhadov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

1. Oyun başladı
3. "Simurq" hesabı açsa da, hakim daha öncə Poşkusun əllə oynadığını bildirərək ona sarı vərəqə göstərir
7. "Simurq"un künc zərbəsi təhlükəli alınır, ancaq bakılılar təhlükəni sovuşdurmağı bacarırlar.
10. Qol ! Qonaq müdafiəçilərin kobud səhvi nəticəsində topu ələ keçirən Araz Abdullayev sol ayaqla uzaqdan qüvvətli zərbə ilə möhtəşəm qola imza atır - 1:0
18. Qol! Robertas Poşkus cərimə zərbəsindən sonra qapı qarşısına ötürülən topu başla "Neftçi"nin qapısına göndərir və hesaba tarazlıq gətirir - 1:1
25. "Simurq"un əks hücumu zamanı Daniel Genovun ikinci qolu vurmasına "Neftçi"nin müdafiəçisi Mitrevski mane olub.
26. "Simurq" künc zərbəsi zamanı daha bir qol şansını əldən verir.
34."Neftçi" təhlükəli hücumu zamanı qonaqların qapıçısı Hodziç qola imkan vermir.
36.Qol! Araz dublunu ikinci dəfə "Simurq"un qapısına yol tapır - 2:1
İlk hissə başa çatdı.
İkinci hissə başlandı. 
52."Neftçi"nin hücumu zamanı Bahodir Nasimovun zərbəsindən sonra qapıçı topu dəf edir.
57. Meydan sahiblərinin hücumunu Cavid Hüseynov qeyri-dəqiq, amma təhlükəli zərbə ilə tamamlayır.
60. Şemonayev Əmircanova qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalanır.
69. Qol! Ruslan Əmircanovun əla ötürməsindən sonra Nasimov başla topu qapya göndərir - 3:1
70. A.Abdullayevin əvəzində meydana Cavid İmamverdiyev çıxır.
76. Qol! Ruslan Abışovun uzaqdan zərbəsindən sonra top qapıdan keçir - 4:1
Oyun başa çatdı.
 
14:00. Qəbələ – Sumqayıt Şəhər - 3:1
Qollar: Serge Cehua, 36 (1:0), Dodo, 70 (2:1), Viktor Mendi, 86 (3:1) - 
Samir Abasov, 39 (1:1)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Fuad Həsənov.
Qəbələ. Şəhər stadionu.

1. Oyun başlandı
5. "Qəbələ" matça fəal başlasa da, qonaqlar müdafiədə diqqətlidir
12."Qəbələ"nin hesabı açmasına, qonaqların qapıçısı Kərimov mane olur.
20."Qəbələ"nin təhlükəli hücumu. Mendinin hesabı açmasına yenə qapıçı imkan vermir, Cehua isə ikinci zərbəyə gecikir.
36. Dodonun cərimə meydançasına ötürməsindən sonra Mendi topa toxuna bilmir.
37.Qol! Bu epizoddan sonra vurulan künc zərbəsi zamanı "Qəbələ" hesabı açır. Dodonun qapı istiqamətinə başla göndərdiyi topu Cehoua tora qovuşdurur.
39.Qol! Samir Abasov cərimə zərbəsindən gözəl qolla hesabı bərabərləşdirir.
İlk hissə başa çatdı.
İkinci hissə başlandı.
50.İkinci hissənin əvvəlində temp nisbətən aşağıdır.
63."Sumqayıt Şəhər" ikinci qolu vurmağa yaxın olsa da, top toru yandan silkələyir.
70. Qol! Dodo komandasını hesabda önə keçirir - 2:1
85. Qol! Viktor Mendi əlverişli vəziyyətdə topu boş qapıdan keçirir.
Oyun başa çatdı.
 
14:00. Turan – Qarabağ - 0:1
Qol: Bəxtiyar Soltanov, 4 (0:1) 
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov.
Tovuz. Şəhər stadionu.

1. "Qarabağ" oyuna başlayır.
4. Qol ! 
Adamiyanın qapı qarşısına ötürməsindən sonra Bəxtiyar Soltanov hesabı açır.
6. "Turan" hücumu qapıya zərbə ilə başa çatdırılsa da, Pavloviç topu dəf edir.
9. "Qarabağ"ın qapıçısı Pavloviç sarı vərəqə alır.
13.Namiq Yusifov da sarı vərəqə ilə cəzalandırılır.
15."Turan"ın hücumu zamanı Yasin Abbasovun zərbəsindən sonra top qapının üstündən keçir.
18.Bu dəqiqələrdə oyunun tempi bir qədər aşağı düşüb.
22."Qarabağ"ın hücumu. Əfran İsmayılov əlverişli mövqedən qapıya dəqiq zərbə vura bilmir.
27.Meydanın yaxşı vəziyyətdə olmaması futbolçuların baxımlı oyun göstərməsinə mane olur.
29.Yasin Abbasov Namiq Yusifova qarşı kobudluğa görə sarı vərəqə alır.
33."Qarabağ" ardıcıl 2 künc zərbəsi yerinə yetirir, lakin nəticə hasil olmur.
38.Rəşad Piriyevin zərbəsindən sonra Pavloviç topu tutur.
İlk hissə başa çatdı.
İkinci hissə başlandı. 
48."Qarabağ"da ilk oyunçu dəyişikliyi. Bəxtiyar Soltanovu Rauf Əliyev əvəzləyir.
49."Turan" hücumu. Ramal Hüseyinovun zərbəsindən sonra top qapıdan aralı keçir.
50.İkinci hissə sürətli tempdə başlayıb.
54.Ramal və Əfran sarı vərəqə alır.
69.Rəşad Abbasov 2-ci sarı vərəqə almaqla "Turan"ı azlıqda qoyur.
80.Rəşad Piriyevin zərbəsi qapının üstündən keçir
82."Qarabağ" oyunçu dəyişikliyi. Əfran İsmayılov Vüqar Nadirov əvəzləyir.
85. "Qarabağ" hücumu zamanı Raufun qapıya başla endirdiyi zərbə dəqiq olmur.
Oyun başa çatdı.

Turnir cədvəli

 KomandaOQHMQollarXallar
1Neftçi15101427-1331
2İnter1585213-829
3Xəzər Lənkəran1584320-1628
4Bakı1574422-1325
5Qarabağ1573518-1424
6Qəbələ1563617-1921
7AZAL1555519-1720
8Rəvan1546518-1918
9Simurq1544715-1916
10Kəpəz1544719-2416
11Turan1532109-2211
12Sumqayıt Şəhər1523108-219

Bombardirlər:

1. Bahodir Nasimov - "Neftçi" - 7 qol
2. Uinston Parks - "Bakı" - 6 qol
3. Robertas Poşkus - "Simurq" - 6 qol
4. Tales Şütz - AZAL - 6 qol
5. Yuri Fomenko - "Kəpəz" - 6 qol

Qeyd: mötərizədə penaltidən vurulan qolların sayı göstərilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail