"İndi başa düşürük ki, bizdə komanda yoxdur..."

05.07.2017 | 4332 dəfə oxunub

"Bu oyunun keçirilməsinə görə şadam. Bizim üçün "Dinamo"nun yüksək avtoriteti var, onlara həmişə belə yanaşacağıq. Biz minnətdarıq ki, belə böyük komanda ilə oynaya bildik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Kiyev "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra "UA Futbol"a bildirib.

O, komandasının çıxışını belə dəyərləndirib: "Oyuna gəlincə, mənə danışmaq çətidir. Çünki demək olar ki, bizdə yeni komandadır. Yeni futbolçuları yığıb, komandaya dəvət etdik. Onların imkanlarını hələ bilmirik. Bu matçda meydanda elə çox şey var idi ki, onları təhlil etmək çətindir: nizamsızlıq... Danışmaq istəmirəm. Yaxşı ki, bu oyun oldu. Biz özümüzü "Dinamo"nun fonunda gördük. İndi başa düşürük ki, bizdə komanda yoxdur, onu yaratmaq üçünsə çox az vaxtımız var".

Qriqorçuk "Dinamo"nun gənc futbolçuları haqda da danışıb: "Ukraynada gənc futbolçular var və olacaq. Böyük potensiallarının olduğu görünür. Onların hamısı yaxşı keyfiyyətlərə malikdirlər. Bütün futbolçular sürətlidir və futbol intellektinə malikdirlər. Mən böyük potensial görürəm.

Düşünmürəm ki, "Dinamo"dan kimsə bizə keçə bilər, mən bunu güman etmirəm. Ancaq deyim ki, belə bir imkan olsaydı, biz buna şad olardıq. "Dinamo"nun istənilən futbolçusu bizə kömək edə bilərdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail