"Qəbələ" Almaniya klubundan futbolçu aldı

07.07.2017 | 5647 dəfə oxunub

“Qəbələ” mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” "Nürnberq"in müdafiəçisi Deyv Bultuisi heyətə cəlb edib.
 
Daha öncə İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Hallidey, malili Famussa Kone ilə anlaşan "Qəbələ" Bultuisi də rəsmən transfer edib. 27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
 
1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, “Purmersteyn”, “Volendam” və “Utrext”in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub.
 
2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail