"Samtredia"nın baş məşqçisi: " Yaxşı olardı ki, "Qarabağ” kombinasiyalı futbol sərgiləməsin"

10.07.2017 | 4547 dəfə oxunub

Gürcüstanın "Samtredia” klubunun baş məşqçisi Georgi Tsetsadze Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ” ilə ilk matçdan əvvəl təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qəbələ"yə 1:5 hesabı ilə uduzan "Samtredia” ilə indiki arasında ciddi fərq var. O vaxt oyunçularımız çox cavan idi. Hazırda isə heyətlə bağlı problemimiz yoxdur.

- Qarşıdakı matçda hansı nəticə sizi qane edəcək?

- Sabah görəcəksiniz. Yaxşı oyun olacaq. Nəticəni təxmin etmək istəmirəm.

- "Qarabağ”la "Qəbələ”ni müqayisə etsəniz, hansı komanda daha güclüdür?

- "Qarabağ” daha güclüdür, son illər çempion olur.

- "Samtredia” niyə "Qarabağ”ı öz şəhərində yox, Tiflisdəki "Dinamo” stadionunda qəbul edəcək?

- "Dinamo”da oynamaq sırf mənim istəyimdir. Samtrediada rəqibi qəbul edə bilməməyimizə gəlincə, stadionumuz UEFA standartlarına cavab vermir.

- "Qarabağ”ın heyətində kimləri qeyd edərdiniz?

- Rəqib güclü komandadır. Kimisə ayrılıqda fərqləndirmək istəməzdim.  "Qarabağ” kombinasiyalı futbol sərgiləyir. Yaxşı olardı ki, ümumiyyətlə oynamayaydılar (gülür).

- "Qarabağ”ın keçirdiyi bütün yoxlama matçlarında uduzmasının sizin üçün bir önəmi var?

- Xeyr. Bu, yoxlama görüşləridir. Rəsmi oyunlar başqa cür olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail