Zaur Svanafze: "Arxayınlaşmaqdan ehtiyatlanırıq"

11.07.2017 | 3392 dəfə oxunub

Bakının "İnter" klubunun baş məşqçisi Zaur Svanadze Avropa Liqasının II təsnifat mərhələsində sabah "Fola” (Lüksemburq) ilə keçiriləcək oyun üçün təşkil edilən  mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqda nə düşünürsünüz?

- Oyuna ciddi hazırlaşırıq. Rəqibimiz Lüksemburq klubu olsa da, onları yaxşı analiz etmişik. Sabah yaxşı oyun sərgiləməyə çalışacağıq. Digər rəqiblərə qarşı necə hazırlaşırdıqsa, sabahki oyuna da elə hazırlaşmışıq. Zədəlilərimiz yoxdur, hamı özünü yaxşı hiss edir. Ümid edirəm ki, rahatlaşmayacağıq və sabahkı oyunda tam qüvvəmizlə oynayacağıq.

- "Fola” və "Differdanj” klubları arasında hansı fərqləri görürsünüz? "Fola”da daha çox diqqətçəkən məqam hansıdır?

- "Fola”nın bir neçə oyununa baxmışıq. Onlar çox hərəkət edirlər. "Fola”da cinah oyunçuları və mərkəz hücumçusu yaxşıdır. Pis komanda deyil. Yaxşı oynamalıyıq və sübut etməliyik ki, meydan sahibi kimdir.

- Oyunçularınızın "Mladost”u keçdikdən sonra rahatlaşacağından ehtiyat edirsiz?

- Güclü rəqibi keçəndən sonra zəif komanda ilə oynayanda hər zaman bu cür təhlükə var. Arxayınlaşmaqdan ehtiyatlanırıq. Amma oyunçularımız dərk edir ki, taleləri öz əllərindədir. Uğur qazanmaq komandanın yaşamasına müsbət təsir göstərəcək. Sabah layiqli və yaxşı oynamalıyıq.

- Deyilənə görə, klub bazanı tərk edir. "Mladost”u keçəndən sonra hər şey yaxşı olacağı halda, daha da pisləşib. Bu kollektivə necə təsir göstərir?

- Artıq üçüncü ildir ki, vəziyyət belədir. Bunlara baxmayaraq biz işimizə davam edirik. Biz artıq bu vəziyyətlərə öyrəşmişik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail