"Samtredia"nın baş məşqçisi: "Biz hakimə görə uduzmadıq"

12.07.2017 | 1492 dəfə oxunub

Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Gia Tsetsadze Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “Qarabağ”a məğlub olduqları (0:5) görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan əvvəl bütün komandaların şansı olur. Biz də həmin şansdan danışırdıq. İndi də növbəti mərhələyə adlamaq şansımız var. Buna çalışacağıq.

- Birinci penalti epizodundan hakimin səhv etdiyini düşünmürsünüz?

- Biz hakimə görə uduzmadıq. Heç kimi günahlandırmaq niyyətində deyilik. Səhvlərimiz var və oyunu analiz edib, səhvlərimizi ortaya çıxaracağıq.

- Sözlərinizdən bəlli olur ki, “Qarabağ”ın bu heyətlə meydana çıxacağını düşünməmisiniz...

- Əvvəlcədən “Qarabağ”ın belə oynayacağını bilirdik. Burada təəccüblü heç nə yoxdur.

- Ötən il “Qəbələ” komandanızın qapısından 5 qol keçirmişdi. Bakını “Samtredia” üçün uğursuz şəhər hesab etmirsiniz?

- Xeyr. Sadəcə, Azərbaycanda klub futbolu daha çox inkişaf edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2018

01:49  "Keşlə" - "Qəbələ": 45-ci duel - STATİSTİKA VİDEO

23.05.2018

14:38  Nigeriya - "Atletiko" 2:3 VİDEO

22.05.2018

21.05.2018

18:19  "Qəbələ" - "Qarabağ" - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail