"Bu nəticə "İnter"i daha çox şanslı edir"

12.07.2017 | 3329 dəfə oxunub

Stadium.az xəbər verir ki, Lüksemburqun "Fola" klubunun baş məşqçsi Jeff Ştrasser Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakı "İnter”inə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Son dəqiqələrdə Denis Silva ilə mübahisəniz yarandı. Həmin epizodda baş məşqçi kimi centlmenlikdən kənar hərəkət etməyə sizi nə vadar etdi?

- Centlemenlik məsələsində UEFA sözünü deyəcək.

- Bu nəticə sizə növbəti mərhələ üçün nə qədər şans saxlayır?

- Statistikaya baxsaq, ilk oyunda 1:0 hesablı qələbə qazanan komandanın şansı daha çox olur. Amma bizim də şansımız davam edir. Bundan yararlanmağa çalışacağıq.

- Hər iki ölkə çempionatının bürünc mükafatçılarının duelində bu hesabı ədalətli saymaq olarmı? Nəzərə alaq ki, bizim çempionatın 4-cüsü olan “Zirə” sizdə ikinci yeri tutan komandanı mübarizədən kənarlaşdırıb...

- Biz “Differdanj”a uduzmuşduq. İlk dəfə idi ki, onlar çempionatda bizi qabaqladı. Bizim çempionatdakı sistem sizinki ilə müqayisədə fərqlidir.

- “İnter” bu gün gözlədiyiniz oyunu sərgilədi?

- Oyundan əvvəl “İnter”i yüz faiz tanıyırdıq və onlardan belə çıxış gözləyirdik. Təhlil edəndə də görürük ki, “İnter” gözlədiyimiz kimi oynadı. İndi oyun planında gərək bir az dəyişiklik edək ki, evdə uğurlu nəticə əldə edək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail