Ayxan Abbasov: "Daha böyük təcrübəyə ehtiyacımız var"

13.07.2017 | 3823 dəfə oxunub

“Astra” həqiqətən güclü komanda təsiri bağışlayır. Qitəmiqyaslı yarışlarda oyun təcrübəsinə malikdir. Lakin biz də çalışacağıq ki, lazımı nəticəni əldə edək”

Stadium.Az xəbər verir ki, bu sözləri  “Zirə”nin baş məqşçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsində “Astra” ilə ilk matçdan öncə keçirilən mətbuat konfransında deyib.

O, “Astra” ilə oyuna ciddi hazırlaşdıqlarını söyləyib: “Biz də eynilə rəqib komanda kimi bir qədər gec bir araya gəldik. Heyətimizdə 7-8 yeni futbolçu var. Uyğunlaşma üçün bir az vaxta ehtiyacımız var. Avrokuboklarda ilk dəfədir çıxış edirik, bu, bizim debüt mövsümümüzdür. Daha böyük təcrübəyə ehtiyacımız var. Lakin komanda şəklində bu oyuna çox ciddi hazırlaşmışıq”.

A. Abbasov Ruminya klubunun topla oynamağı sevdiyini bildirib: “Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq. Ümumiyyətlə, “Astra” haqda məlumat toplamaq elə də çətin deyil. Klub haqda ümumi məlumata sahibik. Rəqibin heyətində də yeni futbolçular var. Bizim üçün də maraqlıdır ki, “Astra” oyuna hansı heyətlə çıxacaq və yeni futbolçularla hansı üslubda oynayacaq. Məşqçi işini müşahidə etdikdə, görünür ki, rəqib topla oynamağı sevir”.
Qeyd edək ki, “Astra” ilə “Zirə” arasında ilk oyun sabah Rumıniyada, cavab qarşılaşması isə iyulun 20-də Bakıda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail