Samir Əliyev: "Büdcəmizə uyğun olaraq komandaya futbolçular dəvət etmişik"

20.07.2017 | 4808 dəfə oxunub

Premyer Liqanın debütantı olan "Səbail" yeni mövsümə hazırlığı Türkiyədə davam etdirir. Stadium.Az xəbər evrir ki, komandanın baş məşqçisi Samir Əliyev yeni yaradılan komandası, hazırlığın gedişi və komandanın hazırkı durumu haqda əməkdaşımıza danışıb:

"Hazırlıq istədiyimiz kimi gedir. Hazırda Kartəpədə təlim-məşq toplanışındayıq. Burda çox gözəl şərait var. Komandada əsas məsələ odur ki, futbolçularda yaxşı istək var. İstədiyimiz heyəti formalaşdırmaq üçün zamana ehtiyacımız var. Bunun əldə olunması üçün hətta 2-3 ay da bəs etməz.

Büdcəmizə uyğun olaraq komandaya futbolçular dəvət etmişik. Qarşımıza konkret olaraq məqsəd qoyulmayıb. Əsas işimiz mübariz komanda yaratmaq, çempionatda qalmaq və gələn mövsüm üçün komandanı qurmaqdı. Hələlik hər şey plana və istəyimizə uyğun gedir.

Burda Omanın U-23 millisi ilə. Həmin oyunda qapılara qol vurulmadı. Bu oman millisi Bakıda keçirilən islam oyunlarının finalına çıxan komanda idi. Həmin qarşılaşmada komandada olan bütün futbolçuları sınaqdan keçirdim. İkinci oyunumuz əlverişsiz hava şəraiti ucbatından baş tutmadı. Çox qatı duman var idi. 15-ci dəqiqədə hakim oyunu saxladı.

Qarşıda daha 3 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. İyulun 20-si Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuyla oynayacağıq. 24-ü isə "Paxtakor"la qarşılaşmamaız var. Son oyunumuz isə iyulun 26-da "Əl Riyad"la üz-üzə gəlməyimiz planlaşdırılıb.

Bakıya döndükdən sonra isə oarada daha bir oyun keçirmək fikrimiz var. Bu tempdə hazırlığı davam etdiririk. Əlimizdən gələni edirik ki, çempionata qaədər mübarizə və rəqabətə davamlı komanda formalaşdıra bilək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail