"Astra"nın baş məşqçisi: "Ədalətli oyun oldu"

20.07.2017 | 652 dəfə oxunub

"Astra"nın baş məşqçisi Eduard Yordanesku Avropa Liqasının ikinci təsnifat mərhələsində "Zirə" ilə cavab oyunundan (0:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm. Bizim üçün çətin oyun oldu. İlk hissədə meydanda yaxşı rəqib gördük və mən oyunçularımızı buna hazırlamışdım. Bundan sonra növbəti mərhələ haqda düşünməliyik. Növbəti mərhələyə keçdiyimiz üçün xoşbəxtəm. Komandamda bəzi problemlər var, onları aradan qaldırmağa çalışacağıq. 

- Futbolçularınız vaxt öldürürdü. Hətta meydana daxil olan həkiminiz də qaçmağa cəhd etmirdi. Bu, futbol prinsiplərinə nə dərəcədə uyğundur?

- Təbii ki, bütün bunlar fubolda baş verən hadisələrdir. Rumıniyada keçirilən oyunda da “Zirə” futbolçuları buna yol verirdilər. Əlbəttə, bu, bir strategiyadır. Rəqib səni sıxırsa, deməli, buna qarşı nəsə etməlisən.

- Hakim idarəçiliyindən razı qaldınız?

- Bəli, ədalətli oyun oldu. Hakimləri başa düşmək olar, onlara qarşı təzyiq olurdu. Bütün bunlara baxmayaraq, razı qaldım.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.09.2017

24.09.2017

17:23  "Qəbələ" - "Neftçi" - HEYƏTLƏR

23.09.2017

19:16  "Zirə" - "İnter" - HEYƏTLƏR

17:45  "Səbail" - "Kəpəz" - HEYƏTLƏR

11:18  "Lill" - "Monako" 0:4 VİDEO

22.09.2017

18:12  "Qarabağ" - "Sumqayıt" - HEYƏTLƏR

21.09.2017

   
  O Q H M T-f X
1. Qarabağ 5 5 0 0 12:3 15  
2. Zirə 6 4 2 0 12-5 14  
3. Qəbələ 5 3 1 1 8:5 10  
4. İnter 6 2 2 2 7:7 8  
5. Sumqayıt 6 2 1 3 6:10 7  
6. Səbail 5 2 0 3 4-6 6  
7. Kəpəz 6 0 1 5 3-11 1  
8. Neftçi 5 0 1 4 2-6 1  
24.10Qəbələ ---Neftçi
23.10Zirə 1-1İnter
23.10Səbail 1-0Kəpəz
22.10Qarabağ 4-1Sumqayıt
08.08Səbail -Qarabağ
09.08Kəpəz -İnter
09.08Qəbələ -Zirə
10.08Sumqayıt -Neftçi