Şahin Diniyev: "“Məni sevindirən məqam..."

21.07.2017 | 1331 dəfə oxunub

“Mövsümün əvvəlində fiziki təməlin qoyulması üçün bu təlim-məşq toplanışı çox vacibdir. Çünki indi görülən iş çempionat ərzində komandaya yardımçı olacaq”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

O, komandanısının Ərzurum hazırlığını dəyərləndirib: “Futbolçuların fiziki baxımdan hazırlanması üçün mütləq yaxşı hazırlıq olmalıdır. Bizim Ərzurumu seçməyimiz də təsadüfi deyil. Burada hava sərindi, uyğun şərait var və komanda üçün dəyərli toplanış olacaq. Premyer Liqa oyunlarında Türkiyə hazırlığının bəhrəsini görəcəyik”.

“Kəpəz” dünən ilk yoxlama oyununda "Samsunspor"a uduzub. Şahin Diniyev bununla bağlı da fikirlərini bildirib: “Əlbəttə, fiziki işin, yorğunluğun fonunda yoxlama oyunlarından nəticə gözləmək düzgün olmaz. Ya sınaq oyununa hazırlaşıb nəticə verməliyik, ya da ki, çempionatda uğurlu çıxış etmək üçün öz işimizi görməliyik. Oyun olan günü də oyunçulara fiziki məşqlər keçirilir. Matçın nəticəsi bir o qədər önəmli deyil, əsas futbolçuların durumu bizə maraqlıdır. Ayrı-ayrı mövqelərdə olan problemlərimiz üzərində çalışırıq və futbolçuları belə matçlarda  yoxlayacağıq. Dəyişikliklər olacaq. Udub-uduzmaqdan qorxmuruq, hər bir oyunçunun potensialına yaxından bələd olmaq üçün bu yoxlama oyunları vacibdir. Təbii ki, komandada qələbə ruhunun olmasını istərdim. İstəsək və istəməsək belə futbolçuların özünə inamı artırması üçün nəticə də mütləqdir. Amma məşqçi kimi mən nəticəyə yox, uşaqların göstərdiyi performansa fikir verəcəm. Məni mövqelərdə hansı oyunçudan necə yararlanacağımız maraqlandırır. Sınaq görüşləri həm də əsas heyəti formalaşdırmaq üçün lazımdır”.

Şahin Diniyev futbolçuların hazırlığa necə yanaşmasından da danışıb:

“Məni sevindirən məqam oyunçuların məsuliyyəti dərk etməsidir. Uşaqlar hazırlıq dövrünə ciddi yanaşırlar, son iki mövsümdə bizdə əla kollektiv olub, elə indiki heyət də ondan geri qalmır. Komandanın məqsədi futbolçulara aydındır. Peşəkardırlar, çox şeyi deməyə ehtiyac yoxdur. Verilən tapşırıqları istədiyimdən də artıq yerinə yetirirlər. Yeni gələn yerli və legioner oyunçular komandanın ab-havasına uyğunlaşıblar, öz üzərlərində ciddi işləyirlər”.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2018

20.02.2018

23:09  "Bavariya" - "Beşiktaş" - HEYƏTLƏR

23:07  "Çelsi" - "Barselona" - HEYƏTLƏR

19.02.2018

18.02.2018

22:42  Qra Qarayev: "Vallah, təklif yoxdu" - MÜSAHİBƏ

16:54  "Səbail" - "Qarabağ" - HEYƏTLƏR

14:43  "Kəpəz" - "Keşlə" - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 16 13 2 1 26:6 41  
2. Qəbələ 16 11 2 3 30:15 35  
3. Zirə 16 9 4 3 25-14 25  
4. Sumqayıt 16 7 3 6 20:18 24  
5. Neftçi 16 6 1 9 18-18 19  
6. Səbail 16 4 2 10 10-23 14  
7. Keşlə 16 3 3 10 11:25 12  
8. Kəpəz 16 2 1 13 10-31 7  
18.02Kəpəz 0-1Keşlə
18.02Səbail 0-1Qarabağ
17.02Qəbələ 2-1Zirə
17.02Sumqayıt 2-0Neftçi
24.02Neftçi -Zirə
24.02Səbail -Qəbələ
25.02Keşlə -Sumqayıt
25.02Qarabağ -Kəpəz