Əmrah Çəlikəl: "Tahir bəy də istəyir ki, komandaya yeni oyunçular cəlb edilsin"

23.07.2017 | 6368 dəfə oxunub

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bu gün jurnalistlərə müsahibəsində klubun yaxın vaxtlarda transfer etməyəcəyini bildirib. Bu isə Ağdam klubunun azarkeşlərinin narazılığına səbəb olub.

Məsələyə aydınlıq gətirmək üçün yenidən “Qarabağ”la əlaqə saxladıq. Klubun direktoru Əmrah Çəlikəl açıqlamasında Tahir Gözəlin fikirlərinin düzgün başa düşülmədiyini deyib. O, “Qarabağ”ın transfer işlərini yekunlaşdırmadağını bildirib:

“Əslində Tahir bəy onu nəzərdə tutub ki, "Şerif”lə oyuna qədər transfer gözlənilmir. Hələ ki, bu günlər üçün yeni transferimiz yoxdur. Ancaq axtarışlarımız davam edir. Tahir bəy də istəyir ki, komandaya yeni oyunçular cəlb edilsin. Ancaq oyunçuların transferi asan edilmir. Bu, müəyyən vaxt tələb edir. Buna görə də tələsik ediləcək transferin bizə nə qədər xeyri olacağını deyə bilmərik.

Bugünkü heyətimiz “Şerif”lə mübarizə apara biləcək gücdədir. Biz baş məşqçimizə və futbolçularımıza inanırıq. Onlar əlindən gələni edəcəklər”.

Bəs hansı mövqelərə transferlər gözlənilir? Əmrah Çəlikəl hələlik bununla bağlı qərar verilmədyini qeyd edib: “Hələ ki, bizim məşqçilər korpusundan mənə bir məlumat gəlməyib. Buna görə də heç nə deyə bilmərəm”. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail