Jezniçakdan xəbər var

26.07.2017 | 4805 dəfə oxunub

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Şerif”lə ev oyununda zədə alan “Qarabağ”ın futbolçusu Yakub Jezniçakın durumuna aydınlıq gəlib.

Stadium.az xəbər verir ki, polşalı futbolçunun zədəsi ciddi deyil. O, bu barədə şəxsi “facebook” hesabı vasitəsi ilə məlumat verib.

Kuba cavab oyununa qədər tam hazır olacağını bildirib: “Hesab 0:0 oldu. Önəmli odur ki, qol buraxmadıq. Mən istəməzdim ki, oyunu erkən tərk edim. Sadəcə, qapıçı ilə toqquşmadan sonra zədə aldım. Belə hallar baş verir. Əsas odur ki, zədəm ciddi deyil. İndi biz cavab oyunu barədə düşünürük. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir və özümüzə inanırıq”.

Komandalar arasında cavab oyunu avqustun 1-də Tiraspolda keçiriləcək



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail