Sadıq Sadıqov: "Arazı “Neftçi”nin 1000-ci qolunu vurması münasibətilə mükafatlandırıb, bu gün Fransaya yola salacağıq”

05.12.2011 | 4978 dəfə oxunub

“Komandamızın Azərbaycan çempionatları tarixində 1000-ci qolunu Araz Abdullayevin vurduğunu bilirik. Təbii ki, Araz buna görə mükafatını alacaq”. Stadium.az xəbər verir ki, bu fikirləri açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

Premyer Liqanın XV turunun “Simurq”la oyununda hesabı açmaqla, komandasının ölkə çempionatları tarixində 1000-ci qolunu vuran Araz Abdullayevin mükafatsız qalmayacağını bildirən Sadıqovun sözlərinə görə, belə əlamətdar hadisə diqqətdən kənarda qalmayacaq: “ Ümumiyyətlə, “Neftçi”nin hər oyununa mükafat qoyulur. 1000-ci qolun vurulması isə əlamətdar bir hadisədir. Üstəlik, Araz öz yetirməmizdir. Ölkənin ən istedadlı futbolçularından biridir. Arazı “Neftçi”nin 1000-ci qolunu vurması münasibətilə mükafatlandırıb, bu gün Fransaya yola salacağıq”.

Müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olub “Neftçi”də icarədə olan Araz bu gün Fransanın “Renn” komandasının düşərgəsinə yollanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail