"Diqqətli olmaq, Bakıdakından pis oynamamaq lazımdır"

30.07.2017 | 4463 dəfə oxunub

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ıın rəqibi olan "Şerif" Moldova çempionatının 4-cü turunda "Petrokub"a 2:1 hesabıyla qalib gəlib.

Stadium.Az xəbər verir ki, oyunda sonra Tiraspol klubunun baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ"la oyuna görə optimal heyəti oyuna buraxmamışdınız?

- Qeyd etmək istəyirəm ki, Bakıda oynayan bəzi futbolçular da meydanda idi. Qalanlarına istirahət imkanı verdik. Qarşıda bizi vacib oyun gözləyir. Meydana çıxıb nəticə verən futbolçularımı təbrik etmək istəyirəm.

- "Qarabağ"la oyun sizin üçün finala bərabərdir?

- Şübhəsiz. Komanda, azarkeşlərimiz üçün olduqca önəmli qarşılaşmadır. Qalib gələn yoluna davam edəcək, uduzan turnirdə mübarizəni dayandıracaq. Rəqibimiz çox güclüdür. "Qarabağ" topa yaxşı nəzarət etməyi bacarır, sürətlə hücuma keçir. Diqqətli olmaq, Bakıdakından pis oynamamaq lazımdır. Nəticə qazanmalıyıq. Cavab oyununda doğma meydan amili bizim üstünlüyümüz olacaq.

- "Petrokub"la oyunda yaxşı nəticə qazanılmasaydı, bəzi futbolçulara istirahət verdiyinzə görə peşman olacaqdınız?

- Mən hər oyun haqqında ayrılıqda düşünməyə üstünlük verirəm. "Petrocub"la görüş də mühüm idi. Bizə 3 xal lazım idi. Bakıda meydana çıxmayan bir sıra futbolçulara şans verdik. Konkret atçda oynayan heyətə diqqət yetiririk.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail