AFFA "Xəzər Lənkəran"ın və "Turan"ın stadionunu bağladı

06.12.2011 | 22941 dəfə oxunub

AFFA İntizam Komitəsinin bugünkü iclasında Premyer Liqanın ötən turunda baş vermiş hadisələr də müzakirə edilib. Stadium.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Unibank Premyer Liqasının XV turunun “Rəvan” –  “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

AZAL –  “Bakı” matçının 86-cı dəqiqəsində AZAL klubunun 7 №-li futbolçusu Tərlan Xəlilov icazəsiz meydana daxil olduğuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Unibank Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” –  “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 60-cı və 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Matçın 90+3-cü dəqiqəsində azarkeşlər tərəfindən atılmış daş parçası “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadzenin başına zədə yetirmiş və nəticədə ona təcili tibbi yardım göstərilmişdir. “Xəzər Lənkəran” azarkeşləri tərəfindən analoji hadisənin dəfələrlə təkrarlandığı nəzərə alınaraq, kluba qarşı aşağıdakı cərimə və cəzalar tətbiq olunub:

“Xəzər Lənkəran” klubu növbəti iki ev oyununu azarkeşsiz keçirsin və kluba 8000 manat cərimə verilsin.
Oxşar hadisənin baş verəcəyi təqdirdə “Xəzər Lənkəran” klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

4 dekabr 2011-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının XV turunun “Turan” –  “Qarabağ” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Matçın 70-ci dəqiqəsində “Turan” klubunun 19 №-li futbolçusu Ruslan Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra hakimlər polislərin müşayiəti ilə soyunub-geyinmə otağına daxil olmuşlar. Lakin əvvəlcədən bir qrup şəxs otağa daxil olmuş və hakimləri orada gözləmişlər. Hakimlər otağa daxil olan kimi həmin şəxslər onlara qarşı fiziki təsir göstərmiş və xəsarət yetirərək oradan uzaqlaşmışlar. Bunu görən polislər heç bir tədbir görməmiş və hadisə yerini tərk etmişdir. Hakimlərə tibbi yardım göstərildikdən sonra onlar tərəfindən baş vermiş hadisə ilə bağlı Tovuz rayon polis şöbəsinə ərizə ilə müraciət olunmuşdur.
Yuxarıda gösrətilənləri nəzərə alaraq “Turan” klubuna aşağıda göstərilmiş şəkildə cərimə və cəza tətbiq olunub:
 
“Turan” klubu növbəti iki ev oyununu neytral meydanda keçirsin və kluba 10 000 manat cərimə olunsun.

 “Turan” klubu tərəfindən son zamanlar baş vermiş neqativ hadisələrlə əlaqədar olaraq klubun Premyer Liqada iştirakını davam etdirib-etdirilməməsi ilə bağlı  İcraiyyə Komitəsinə İntizam Komitəsi tərəfindən müraciət olunsun.
 
Baş vermiş hadisə ilə əlaqədar istintaq başa çatandan sonra onun nəticəsinə uyğun olaraq İntizam Komitəsi bu məsələyə yenidən baxa bilər.

Oyunda PFL-in operatorunun kamerası sındırılmışdır. Bu səbəbdən “Turan” klubu dəymiş zərərə uyğun olaraq PFL-in təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail