Skarlatake: "Əgər maaşları verməsələr, “İnter”dən ayrılacam"

08.08.2017 | 4172 dəfə oxunub

“İnter”lə müqavilə imzalamamışam. Hələ ki, gözləyirəm. Bəlkə növbəti həftələrdə sözləşməyə qol çəkdim”.

Stadium.Az xəbər verir ki, bu sözləri “İnter”in rumıniyalı müdafiəçisi Adrian Skarlatake deyib.

Təcrübəli futbolçu klubda vəziyyətin pis olduğunu bildirib. Əcnəbi oyunçu son 2 ayın maaşını hələ də almadıqlarını, həmçinin UEFA Avropa Liqasında Serbiyanın “Mladost” klubunu keçdiklərinə görə verilməli olan mükafatın onlara çatmadığını sözlərinə əlavə edib:

“Son iki ayın maaşı hələ də qalır. “Mladost”la oyuna görə verilməli olan mükafatlar da bizə çatmayıb. Vəziyyət yaxşı deyil. Klubla razılaşma əldə etməyə çalışıram. Amma indiki durumda çox çətindir”.

“Klubdan ayrılmaq ehtimalınız varmı” sualına Skarlatake belə cavab verib: “Əslində ayrılıb getmək asan deyil. Çünki artıq çempionat start götürür. Bəlkə sabah müqavilə bağladım. Klub prezidenti ilə danışdım və ona söz verdim ki, qalacam. Əgər maaşları verməsələr, “İnter”dən ayrılacam. Lakin söz verdilər ki, bu həftə maaşlar veriləcək” (qafqazinfo.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail