"İnter" adını dəyişib "Keşlə" etdi

09.08.2017 | 6528 dəfə oxunub

“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov klubun rəsmi saytına açıqlama verib. Stadium.Az xəbər verir ki, o, paytaxt təmsilçisinin adının dəyişdiyini rəsmən bəyan edib:

“Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq “İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina edib. Bu dövrdən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) klubu kənar idarəçiliyə götürüb və klubun Premyer Liqada və Avropa Liqası oyunlarında iştirakını təmin edib.

Klubun adının “İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda klubun adının dəyişdirilməsi zərurəti meydana çıxıb.

Bununla əlaqədar olaraq klubun bazasında onun futbol məsələləri ilə bağlı hüquqi varisi olaraq “Keşlə” FK-nın yaradılmasına ehtiyac yaranıb. Bunun üçün hüquqi prosedurlar başlanıb və proses yaxın müddət ərzində başa çatacaq. Klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır.

Belə ki, klubun bazası Keşlə ərazisində yerləşir. Buna görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər klubun oyunlarına gələrək komandaya dəstəklərini nümayiş etdirəcəklər. Hüquqi prosedurlar başa çatana qədər klub “Keşlə” FK adından brend olaraq istifadə edəcək. Prosedurlar yekunlaşdıqdan sonra tam olaraq “Keşlə” FK adı ilə fəaliyyət göstərəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail