Ulduzlar ilk turda üz-üzə gəlir

11.08.2017 | 1468 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək. Stadium.Az xəbər verir ki, ilk tur “Neftçi” və “Qarabağ” arasında Azərbaycan derbisi ilə başlayacaq.

Bütün milli çempionatların iştirakçılarının bu dəfəki dueli ilklə əlamətdar olacaq. Belə ki, Azərbaycan çempionatları tarixində ilk dəfə “ulduzlu”lar üz-üzə gələcək.

Söhbət 5 çempionluq üçün qazanılan ulduza malik komandaların qarşılaşmasından gedir. Belə rəmzi olan ilk komanda kimi tarixə düşən “Neftçi” 8 çempionluğa malikdi. Ulduzunu ötən mövsüm qazandığı 5-ci qızıl medalla rəsmiləşdirən “Qarabağ” isə bunu bacaran 2-ci komandadı.

Ağdam klubunun çempionluğundan sonra rəqiblər arasındakı ilk matç ilk “ulduz” savaşı sayılır. Düzdü, ağdamlılar ötən mövsüm çempionluğu, yəni ulduzu təmin edəndən sonra – son turda da “Neftçi” ilə qarşılaşmışdı. Lakin həmin vaxt ulduz gətirən 5-ci zəfər təmin olunsa da, rəsmiləşməmişdi. Yalnız mövsümlərarası fasilədə ağdamlılar ulduzu rəsmən loqoya əlavə edib.

Ölkə futbolunda 5 dəfə çempion olmadan rəmzlərində ulduz yerləşdirən klublar olsa da, bunlar qeyri-rəsmi sayılır. Lakin PFL bir müddət əvvəl bu məsələnin dünya praktikasında olduğu kimi tənzimlənəcəyini açıqlayıb. 

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.01.2018

02:01  "Lion" - PSJ 2:1 VİDEO

21.01.2018

03:13  "Qarabağ" - "Lexiya" 1:1 VİDEO

20.01.2018

23:40  "Brayton" - "Çelsi" 0:4 VİDEO

12:53  Oyunlara necə baxaq? - TV AFİŞA

02:25  "Keşlə" - "Zirə" 2:1 VİDEO

02:23  "Qarabağ" "Lexiya"yla oynayır - YENİLƏNİR

19.01.2018

02:29  "Leqanes" - "Real" 0:1 VİDEO

18.01.2018

10:13  PSJ - "Dijon" 8:0 VİDEO
   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ