Elnur Cəfərov: "Səhvlərimiz hər şeyi alt-üst etdi" - MÜSAHİBƏ

12.08.2017 | 6308 dəfə oxunub

Azərbaycan Premyer Liqasının ilk oyununda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olan “Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Uzun fasilədən sonra Premyer Liqada oynadınız. Fikrinizi bilmək istərdik...

- İlk oyunumuz idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. İstək böyük idi. Səhvlərimizdən qollar buraxdıq. Belə oyunda uğur qazana bilərdik, amma alınmadı.

- “Neftçi”nin komanda kimi tam formalaşmadığını demək olarmı?

- Yaxşı kollektivimiz var, sadəcə bunu meydanda göstərə bilmədik. Qarşıdakı oyunlarda bunu nümayiş etdirəcəyik.

- Niyə alınmadı oyununuz?

- “Qarabağ” çox güclüdü, yaxşı komandadı. Amma söhbət təkcə “Qarabağ”dan getmir. Qələbə qazana bilərdik. Hər şey əlimizdə idi, amma səhvlərimiz hər şeyi alt-üst etdi.

- Səhvlərin düzəldilməsi üçün nə qədər zamana ehtiyac var?

- Üzərimizdə çalışmalı, səhvlərdən nəticə çıxarmalıyıq. Bunu etsək, gələcək oyunlarda bəhrəsini görəcəyik.

- Sabiq “Xəzər Lənkəran”lı kimi özünüzü “Neftçi”də necə hiss edirsiniz?

- Peşəkar futbolçuyam, işimi görməyə çalışıram. Hansı komandanın olmasının fərqi yoxdu. Komandamın uğur qazanması üçün çalışıram.

- Azarkeşlərdən hansı narazılıqlar eşitmisiniz?

- Sosial şəbəkələrdən xəbərim yoxdu. Kənarda nəsə deyirlər. Futboldan başı çıxmayanlardı.

- Qələbə qazana biləcəyinizi dediniz. Halbuki qola qədər qapıya zərbəniz olmayıb. Bəs nəyə əsasən belə düşünürsüz?

-  Öz səhvlərimizdən uduzduq. Həmin səhvləri etməsəydik, oyunun gedişində dəyişiklik edə bilərdik.

- “Neftçi” bu oyunla medalçılar sırasına düşə biləcəkmi?

- Məqsədimiz budu. Əlimizdən gələni edəcəyik ki, yekunda mükafatçılar sırasına düşək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail