Zaur Svanadze: "Heç-heçə etmək olardı"

13.08.2017 | 6763 dəfə oxunub

“İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqanın ilk turunda “Qəbələ”yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Uşaqlar yaxşı oynadılar. Nə bacardılarsa, onu da etdilər.  Heç-heçə etmək olardı. Məğlub olsaq da, pis oynadığımızı düşünmürəm. Üzərimizdə daha çox işləməliyik. Sonra nə olacağını yəqin ki, zaman göstərəcək.

- Oyundan öncə məğlub olacağınızı düşünürdünüz?

- Komanda bugünkü oyunda bütün gücünü meydanda ortaya qoymasını istəyirdim ki, onu da etdilər. Sona kimi mübarizə apardılar. Bir-birimizə sona qədər oynayacağımızla bağlı söz vermişdik. Məncə, daha da yaxşı oynaya bilərdik.

- Rauf Əliyev əvvəlki gücünü “İnter”də qaytardı və Albaniya klubuna transfer olundu. Maraqlıdır, Rauf ölkəni tərk etməmişdən öncə sizdən halallıq aldı?

- Rauf ölkə xaricində oynamaq istəməsi pis deyil, yaxşıdır. Lakin belə tez gedəcəyini gözləmirdim. Onun klubla müqaviləsi var və hazırda futbolçu ilə danışıqlar aparırıq. Gedəsi olsa, ona uğurlar arzu edirik. Qayıtması bizim üçün pis olmaz.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail