"Qarabağ"ın oyununa 20 mindən çox bilet satılıb

13.08.2017 | 5686 dəfə oxunub

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Kopenhagen” oyunu üçün bilet satışı sürətlə davam edir.

Stadium.Az xəbər verir ki, bu gün saat 14.00-a olan məlumata əsasən, artıq oyuna 20 mindən çox bilet satılıb. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlamasında məlumatı təsdiqləyib. O əlavə edib ki, “Qarabağ” azarkeşlərin daha çox ən ucuz – 1 manatlıq biletlərə təlabatının çox olduğunu nəzərə alaraq bunları satışa hissə-hissə çıxarıb: “Çalışırıq ki, ən ucuz biletlər “qara bazar”da yayılmasın. Ona görə də oyuna gününə kimi 1 manatlıq biletlər hissə-hissə də olsa satışda olacaq ki, azarkeşlərimiz maddi imkanları çatdığı bu bileti ala bilsinlər”.

1 manatlıq biletlər 9 sektoru əhatə edir ki, bu da ümumən 8 mindən çox bilet deməkdir. Bundan başqa, oyunun keçiriləcəyi Respublika stadionunun kassalarında sektorlardan asılı olaraq 2, 3, 5 , 10 və 50 manata (VİP) da bilet satılır. Ümumilikdə oyun qədər bütün biletlərin tam satılacağı və tribunaların dolacağl gözlənilir.

“Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail