Mirça Rednikin ikinci seriyası sonuncu oldu

07.12.2011 | 5984 dəfə oxunub

“Xəzər Lənkəran”dan istefaya göndərilən Mirça Rednik futbol klubunun baş məşqçi postunda 56 oyun keçirib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu komandanı 47 çempionat, 2 avrokubok və 7 ölkə kuboku matçına çıxaran çalışdırıcı aldığı 9-cu məğlubiyyətdən sonra postunu tərk edib.

Unibank Premyer Liqasında 7 məğlubiyyət görən Rednik “Xəzər Lənkəran”dan ölkə kubokunun son qalibi kimi ayrılıb. Ötən mövsümün gümüş mükafatçısı və kubokun qalibi olmuş rumıniyalı mütəxəssis komandanın son 4 çempionat matçında qələbə qazanmaması üzündən iş yerini itirib. Bu, Rednikin “ağ-yaşıllar”a rəhbərliyi dövründə 2-ci belə uğursuz seriyadır. 2010-cü ilin yayından komandanın sükanı arxasına keçən təcrübəli mütəxəssis bu ilin əvvəlində daha uğursuz seriyaya imza atıb. O, 2010/2011-ci il mövsümündə “6-lığ”ın ilk 5 oyununda qələbə qazana bilməyib.

Bu 2 seriyadan başqa “Xəzər Lənkəran” tarixində ən azı 4 oyun sürən daha 4 qələbəsiz seriya da var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail