İlk turun əlamətdar göstəriciləri

15.08.2017 | 4313 dəfə oxunub

 Premyer Liqasının 2017/18 mövsümünün ilk turu nadir hadisə ilə əlamətdar olub. Stadium.Az xəbər verir ki, çempionatda iştirak edən bütün komandalar startda qol sevinci yaşayıb.

“Neftçi” – “Qarabağ” oyununda (1:3) dörd, “İnter” – “Qəbələ” (1:2), “Zirə” – “Səbail” (2:1) və “Sumqayıt” – “Kəpəz” (2:1) görüşlərində üç qol qeydə alınıb. 13 qolun vurulduğu 4 oyunda orta məhsuldarlıq 3,25-ə bərabər olub. Uduzan bütün komandaların 1 qol vurduğu turda 8 iştirakçının hər biri rəqib qapısına yol tapıb.

1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 25 illik tarixinə nəzər salsaq, əvvəlki 25 mövsümdə yalnız 1 dəfə belə hadisə - ilk turda bütün komandaların qol vurması qeydə alınmışdı. Bu da 5 il öncə yaşanıb. 2012/13 mövsümünün ilk turunun baş tutan 5 matçında iştirak edən 10 komanda çempionata qolla start vermişdi. “Neftçi” ilə “Bakı” arasında qarşılaşmanın təxirə salındığı I turda “Simurq” – “Qəbələ” (1:1), “Sumqayıt” – AZAL (2:2), “Kəpəz” – “Turan” (1:2), “İnter” – “Qarabağ” (1:1) və “Rəvan” – “Xəzər Lənkəran” (1:1) görüşlərində qapıçılar çərçivəsini toxunulmaz saxlamağı bacarmamışdı. Həmin vaxt təxirə salınıb, bir müddət sonra keçirilən qarşılaşmada da hər iki komanda fərqlənmişdi – 1:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail