"Kopenhagen"in baş məşqçisi: "Düşünürəm ki, “Qarabağ” favoritdi"

15.08.2017 | 4601 dəfə oxunub

“Kopenhagen”in baş məşqçisi Stole Solbakken Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”la Bakıdakı oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Nəticədən narazıyam. Bir də son 30 dəqiqə ürəyimcə olmadı. Belə oyun gözləyirdim. İlk 60 dəqiqədə bərabər oyun getdi. Son yarım saatda isə “Qarabağ”ın üstünlüyü var idi. Meydanda daha çox güc qoydular. Qapıçımız bir neçə qurtarışla yadda qaldı. Cavab görüşündə vəziyyəti dəyişmək mümkünsüz deyil.

- Futbolçular kimi siz də aqressiv idiniz. Səbəbi nə idi?

- Elə düşünmürəm. Mən aqressiv deyildim.

- Cavab görüşündə şansları necə qiymətləndirirsiz?

- Düşünürəm ki, “Qarabağ” favoritdi. Bakıda qeydə alınan hesab bunu deməyə əsas verir. Onlar səfərdə 1 qol vursalar, üstünlüyü tamamilə ələ keçirəcəklər. Amma öz meydanımızda ilk qolu biz vursaq, şansımız artacaq.

- “Kopenhagen”dən fərqli, Azərbaycan klubu ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində iştirak edir. Necə düşünürsüz, azarkeşlər bunun haqqını verdimi?

- Böyük oyun idi. Bu, hiss olunurdu. Azarkeşlər də öz komandalarını yaxşı dəstəklədilər. Qeydə alınan nəticədə də bu rol oynadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail