Ansi Aqolli: "İşimizin 50 faizini görmüş olduq"

16.08.2017 | 3804 dəfə oxunub

Çempionlar Liqasının play-off mərhələsində “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın futbolçusu Ansi Aqolli qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan sonra oyun haqda danışmaq çətin deyil?

- Çox çətin oyun oldu. Rəqibimiz təcrübəli və güclü komandadı. Bugünkü oyunla biz işimizin 50 faizini görmüş olduq. Təbii ki, növbəti həftə səfərdə keçirəcəyimiz oyun çox çətin olacaq. Bu dəfə rəqiblə onun meydanında qarşılaşacağıq. Şanslarımızdan istifadə etməyə çalışacağıq.

- Rəqibdən hansı komponentə görə üstün idiniz?

- Bu haqda baş məşqçimiz danışa bilər. Biz futbolçuyuq, meydana onun tapşırığını icra etmək üçün çıxırıq. Ancaq “Kopenhagen” kifayət qədər güclü komandadı. Biz də bu gün ən yaxşısını etməyə, meydanda göstərməyə çalışdıq. Yəni işimizi görməyimiz vacibdi.

- Oyundan sonra baş məşqçi nə dedi?

- Əlbəttə, qələbə qazandığımıza görə çox şad olduğunu bildirdi. Sabahdan yenə öz işimizi davam etdirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail