Samir Zərgərov: "Xəzər Lənkəran"la səfər oyunu mövsümün ən çətin səfər qarşılaşmasıdır"

07.12.2011 | 5943 dəfə oxunub

“İnter"in yarımmdafiəçisi Samir Zərgərov ötən turda qarşılaşdıqları “Xəzər-Lənkəran”la oyun barədə fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən Zərgərov növbəti turda qarşılaşacaqları “Qəbələ” ilə oyuna da toxunub:

- “Xəzər-Lənkəran”la səfər oyunları həmişə ağır sınaqdır. Bu barədə nə deyə bilərsən?
- Bəli, bu fikirlə tam razıyam. Fikrimcə, “Xəzər Lənkəran”la səfər oyunu mövsümün ən çətin səfər qarşılaşmasıdır. Bazar günü də belə oldu. Bizə çox çətin idi.

- Bununla belə, komandaya qələbə qazanmaq müyəssər oldu...
- Bəli, ən əsası da budur. Biz oyun boyu müdafiədə diqqətlə oynadıq və uğurlu əks-hücumlar təşkil etdik. Göstərdiyimiz fədakarlığa görə oyunun sonunda vurulmuş qolun timsalında mükafat qazandıq. Ev sahibləri belə dönüşü gözləmirdilər və artıq oyunu xilas etmək onlara müyəssər olmadı.
 
- Görünürdü ki, “İnter” lənkəranlıların oyun tərzini müfəssəl öyrənmişdi...     
 - Biz bilirdik ki, Lənkəran klubu aqressiv davranacaq, axı 3 uğursuz oyundan sonra onlara qələbə lazım idi. Bundan əlavə, onlar evdə oynayırdılar və tribunalar onları yalnız irəliyə səsləyirdi. Baş məşqçi belə komandaya qarşı necə oynamağı başa salmışdı və bizə müvafiq göstərişlərini vermişdi. Biz inanırdıq ki, uğurlu nəticə əldə edə bilərik və bu inam bizə çox kömək etdi.
 
- Ancaq oyunun sonunda tribanadan atılmış daşın Kaxaber Sxadadzenin başına dəyməsi qələbə övqatını bir qədər təlx etdi...
- Bu, çox pis hərəkət idi. Hesab edirəm ki, daş atmış şəxsi komandasının və ümumiyyətlə, futbolun azarkeşi saymaq olmaz. Bununla həmin şəxs nə əldə etdi? Bildiyimə görə, “Xəzər Lənkəran” qarşıdakı iki ev oyununu tamaşaçısız keçirəcək və bütün bunlar bir adama görə baş verəcək. O, hamının əhval-ruhiyyəsini korladı və lənkəranlıları futbolsuz qoydu.
 
- Belə matçları “6 xal uğrunda mübarizə” də adlandırmaq olar. Axı, komanda 3 xal toplamaqla yanaşı, həm də rəqib komandanı xalsız qoyur ki, bu da turnir cədvəlində böyük rol oynayır. Sən necə düşünürsən?
- Bəli, yaxşı ki, bu xalları biz topladıq. Qələbə bizə ikinci yerə çıxmağımıza kömək etdi, lakin biz nail olduqlarımızla kifayətlənməyə hazırlaşmırıq və turnir cədvəlində 1-ci yerə yüksəlməyə çalışacağıq.
  
- Qarşıda “İnter”i daha bir çətin səfər oyunu gözləyir. Bu dəfə komandamızın rəqibi “Qəbələ” olacaq. Bu matç barədə nə deyə bilərsən?
- Bu qarşılaşma çox çətin olacaq. “Qəbələ” evdə kifayət qədər inamlı oynayır və qələbə qazanmaq üçün 100 faiz gücümüzü ortaya qoymalı olacağıq.
 
- Bu oyunla bağlı proqnozun nədir?
- Bilirsiniz, əvvəlcədən nəyisə proqnozlaşdırmağı sevmirəm. Ancaq onu deyə bilərəm ki, əgər səfərdə  “Xəzər-Lənkəran”ı məğlub etdiksə, o zaman “Qəbələ”yə də qalib gələ bilərik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail