Elxan Abdullayev: "Fərdi olaraq düzgün hazırlıq aparmırıq"

19.08.2017 | 4742 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Səbail”ə Premyer Liqanın 2-ci turunda 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Belə oyundan sonra danışmaq çətindir. Uduzmalı oyun deyildi. Təəssüflər olsun ki, bu stadionda keçən il AZAL-la oyunda olduğu kimi yenə də sonda qol buraxdıq. Komanda qol vurmağı çox istəyirdi. Buna görə də sonda konsentrasiya itdi. “Səbail” yaxşı komandadır. Çox rəqibdən xal alacaqlar. Bu gün bizə də istədiyimiz oyunu göstərməyə imkan vermədilər.

- Razısınız ki, bu gün “Neftçi” qələbəyə layiq deyildi?

- Epizodlarımız var idi. Amma ustalıq çatışmadı. Rəhman təkbətək qaldığı epizodda hesabı açsaydı, nəticə tam fərqli olardı.

- İkinci turda istefa şüarını eşitmək sizə nə dərəcədə təsir edir?

- Heç kim istəməz ki, istefa şüarını eşitsin. Mənim yerimdə olsaydınız, sizə də pis təsir edərdi. Azarkeşlər haqlırdılar. Onları başa düşürəm və qəbul edirəm.

- “Neftçi”nin problemi nədədir?

- Yalnız psixologiyada. “Neftçi”nin oyunçuları bu gün “Səbail”in futbolçularından üstündürlər. Amma meydanda xarakter, psixologiya öz sözünü deyir. Yəqin ki, fərdi olaraq düzgün hazırlıq aparmırıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail