"Xəzər Lənkəran" üçün uğursuz başlayan ay

08.12.2011 | 5729 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun evdəki məğlubiyyətsiz oyunları qırılıb. Stadium.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunda öz meydanında “İnter”ə 0:1 hesabı ilə uduzan komanda 2011-ci ildə ilk dəfə doğma divarlar arasında xalsız qalıb.
 
Cənublu futbolçular sonuncu dəfə ötən il, indi olduğu kimi dekabrda Lənkəran stadionunu məğlub tərk etmişdi. Həmin vaxt – 2010/11 mövsümündə çempionatın 19-cu turunda “Xəzər Lənkəran” “Qarabağ”a 1:2 hesabı ilə uduzmuşdu. 2010-cu il dekabrın 23-dəki məğlubiyyətdən sonra 346 gün idi ki, bu komanda öz meydanında uduzmurdu.
 
Bu müddətdə 1 avrokubok (heç-heçə, top fərqi 0:0), 3 ölkə kuboku (2 qələbə, 1 heç-heçə, top fərqi 5:1), 13 çempionat (9 qələbə, 4 heç-heçə, top fərqi 24:8) oyununda qonaqlar qələbəyə həsrət qalmışdı. Bu 17 matçda “Xəzər Lənkəran” 11 qələbə qazanıb 6 heç-heçə etmişdi.
 
Qeyd edək ki, bu, komandanın Azərbaycan çempionatlarında öz meydanında keçirdiyi 108-ci matçda 10-cu məğlubiyyət idi. Evdə 67 qələbəsi və 31 heç-heçəsi olan “Xəzər Lənkəran” qonaqların qapısına 191 qol vurub, 56-nı buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail