Əfran İsmayılov: "Heç vaxt özüm üçün oynamağa çalışmamışam"

08.12.2011 | 5700 dəfə oxunub

“Qarabağ” dekabrın 10-da “Xəzər Lənkəran”ın qonağı olacaq. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq Ağdam klubu bu gün Lənkərana yollanır.
 
“Qarabağ”ın son oyunlarda ayağı “açılan” oyunçusu Əfran İsmayılov “Xəzər Lənkəran”la qarşıdakı görüşü və çempionatı dəyərləndirib: “Bilirik ki, “Xəzər Lənkəran”la oyun ağır olacaq. Hər zaman bizim onlarla oyunumuz gərgin keçir. Çalışacağıq ki, öz oyunumuzu göstərək. Rəqibdə baş məşqçinin dəyişməsi belə baxanda bizim əleyhimizədi. İndi bütün futbolçular özlərini çalışdırıcılarına göstərmək üçün dəridən-qabıqdan çıxacaqlar. Üstəlik, Cüneyt Biçər “Bakı”nın başındaykən bizə Quzanlıda ilk məğlubiyyətimizi yaşatmışdı. Bu amilləri nəzərə alsaq, oyununu çətin olacağını söyləmək olar”.

Əfran oyunun azarkeşsiz keçirilməsinə də münasibət bildirib: “Şəxsən mənim üçün dolu tribunalar qarşısında oynamaq daha asandı. Məndən olsa azarkeşlərin önündə oynamaq istərdim. Azarkeş olanda onların təzyiqi və ya dəstəyi ilə oyun daha sürətli keçir, həm də motivasiyan yüksək olur. Amma qismətdə yəqin bu da varmış. Bizi hazırda “Xəzər Lənkəran”dan 4 xal ayırır. Qələbə qazanacağımız təqdirdə xal fərqinin azalması bizə heç də təzyiq yaratmır. Çünki, belə oyunlarımız çox olub və yenə də olacaq. Biz sadəcə öz oyunumuzu göstərməliyik. Deməzdim ki, qol vurmaqla hər şey düzəlir. Mənim keçirdiyim zədə futbolda ən ağır zədələrdən sayılır. Əsas odu ki, onun fəsadlarından qurtardım. Mən heç vaxt özüm üçün oynamağa çalışmamışam. Düzdü, topla oynamağı sevirəm. Amma həmişə komandam üçün faydalı olanı etməyə çalışmışam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail