"Qəbələ"nin 949 günlük həsrəti bitəcək?

08.12.2011 | 5189 dəfə oxunub

Premyer Liqanın XVI turunda “İnter”i qəbul edəcək “Qəbələ” tarixində 16-cı dəfə bu rəqiblə qarşılaşacaq. Stadium.az xəbər verir ki, indiyədək komandalar 13 dəfə ölkə çempionatı, 2 dəfə kubokda üz-üzə gəliblər. Cari mövsümdə artıq 1 dəfə üz-üzə gələn komandalar sonuncu dəfə cəmi 49 gün əvvəl qarşılaşıblar.

Qəbələdəki 6 çempionat matçında 1 dəfə meydan sahibləri, 3 dəfə qonaqlar qalib gəlibsə, top fərqində “Qəbələ” hələ ki, 3:5 hesabı ilə geridədir. Bakıda keçirilən 7 çempionat matçında meydan sahibləri 4 qələbə qazanıb. Top fərqinin 15:5 olduğu görüşlərdə səfər qələbəsi olmayan “Qəbələ” yalnız 3 heç-heçə əldə edib.

Ümumilikdə isə Premyer Liqada “İnter” 7, “Qəbələ” isə 1 qələbəyə sevinib. Daha 5 dəfə sülhlə ayrılan rəqiblərin görüşlərindəki top fərqində 20:8 hesabı ilə bakılılar öndədir.

Tarixdə 1 dəfə təsadüf olunan kubok duelində tərəflərin hərəsi öz meydanında qalib gəlib. Lakin “İnter” öz meydanında 5 cavabsız qolla qalib gələrək yarımfinalın taleyini öz xeyrinə həll edib. Qəbələdəki 2:0 hesablı qələbə isə əyalət təmsilçisini işinə yaramayıb. 2 il 7 ay əvvəlki həmin qələbə “Qəbələ”nin “İnter” üzərində hələlik son qələbəsidir. İndi komanda doğma azarkeşlər önündə 949 günlük bu həsrətə son qoymaq imkanı qazanıb.

Bu isə o deməkdir ki, 16-cı duelə çıxan “Qəbələ” “İnter” üzərində ümumilikdə 3-cü qələbəsini qazanmağa çalışacaq. Belə ki, əvvəlki 15 matçda ümumi hesabda 10:25 hesabı ilə geridə olan "Qəbələ"nin 2 qələbəsi və 5 heç-heçəsi var. (klubun saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail