Tahir Gözəl "Qarabağ"ın uğurundan danışıb

25.08.2017 | 4163 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Türkiyənin "Sabah" qəzetinə açıqlama verib. Stadium.Az xəbər verir ki, o, Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasını qrup mərhələsində mübarizə aparacaq Ağdam klubunun uğurunun səbəbindən və digər məsələlər barədə danışıb.

Gözəl bugünkü səviyyəyə gəlmələrinin əsas səbəbinin səbr və sabitliyin olduğunu bildirib: "Qarabağ"la yanaşı, digər Azərbaycan klubları və ölkənin milli komandası son illərdə iştirak etdiyi turnirlərdə rəqiblərinə çətin anlar yaşadıb. Təbii ki, bu nəticələrin davamlı olması bizim üçün çox önəmlidir. Lazım olan bütün işləri AFFA ilə iş birliyi nəticəsində görürük".

O, Qurban Qurbanovun "Qarabağ"a gəlişi ilə klubda yeni dönəm başladığını söyləyib: "2001-ci ildən "Qarabağ"ın rəhbərliyində çalışıram. İlk olaraq Türkiyədən Hamdi Serpil Tüzünlü ilə işləməyə başladıq. 2009-cu ilə qədər bizimlə birgə işləyən dəyərli məşqçimizin yetişdirdiyi futbolçular  Azərbaycan klubları və milli komandalarda uğurlu çıxış etdilər.

Baş məşqçimiz Qurban Qurbanovun 2008-ci ildə "Qarabağ"a gəlişi ilə klubda yeni bir dönəm başladı. Dalbadal 3 il Avropa Liqasının qrup mərhələsində mübarizə apardıq. Builki hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək idi və bunu da bacardıq. Heyətimiz daha yaxşını da edə biləcək birlik, bərabərlik və motivasiyaya sahibdir".

Gözəl Qurbanovun Pep Quardiolanın heyranı olduğunu söyləyib: "O, 2002-ci ilin əvvəlində "Barselona"nı ziyarət edərək Quardiolanın yanında təcrübə keçib. Qurban Qurbanovun bu marağı səbəbindən Azərbaycan mediasında komanda "Qafqazın Barselona"sı ləqəbini alıb".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail