"Ümid edirəm ki, yenidən milliyə çağırılaram"

08.12.2011 | 5146 dəfə oxunub

“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu dekabrın 5-dən etibarən Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışında olan Azərbaycan millisi ilə yoxlama oyunu keçirməsi barəsində xəbər vermişdik.

Stadium.az xəbər verir ki, 2:1 hesabı ilə qələbə qazandığımız qarşılaşmada ilk dəfə meydana kapitan sarğısı ilə çıxan Timur İsrafilov klubun rəsmi saytına açıqlama verib: “Sumqayıt Şəhər”də ilk dəfə meydana kapitan sarğısı ilə çıxdım. Çox gözəl hisslər keçirdiyimi deyə bilərəm. Bu oyun bizim üçün bir test matçı idi. Buna baxmayaraq, uşaqlar meydanda əsl əzmkarlıq nümayiş etdirdi. Qələbə qazandığımız üçün çox şadam. Ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərib yenidən milli komandanın heyətinə çağırılaram. Qış fasiləsinə qədər Premyer Liqada daha üç oyunumuz var. Bu görüşlərdə xal ehtiyatımızı artırıb son pillədən qurtulmağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail