Kamran Quliyev: "Artır bir neçə futbolçu ilə danışıqlara da başlamışıq"

08.12.2011 | 6665 dəfə oxunub

"Sumqayıt Şəhər" Peşəkar Futbol Klubunun prezidenti Kamran Quliyev rəsmi internet səhifəmizə müsahibə verib.

Stadium.az həmin müsahibəni təqdim edir:

- Klubun yaranması barəsində nə deyə bilərsiniz?

- İyun ayının ortalarında mənə “Sumqayıt Şəhər” klubunun yaradılması barəsində təklif gəldi. Layihəni çox bəyəndim. Bu zaman AFFA-da işlərimi yarımçıq dayandıra bilməzdim. Bu səbəbdən klubun təssisçilərindən bir qədər vaxt istədim. Bu zaman kəsiyində təklifi dəyərləndirdim və məsuliyyəti öz üzərimə götürməyə qərar verdim. Tez bir zamanda məşqçi və futbolçuların axtarışına başladıq. Hələ federasiyada çalışarkən millinin futbolçuları ilə şəxsən tanışlığım var idi. Təbii ki, planlarımıza daxil olan futbolçular klubsuz deyildi. Əvvəlcə futbolçuların klubları ilə danışıqlara başladıq. Daha sonra Rusiyada çıxış edən əslən azərbaycanlı futbolçuların axtarışına çıxdıq. Nəticədə komandanı formalaşdırmağı bacardıq.


- İlk günlərdə hansı çətinliklərlə üzləşdiniz?

- Futbolçuların və inzibati heyətin formalaşdırılması, akademiyanın yaradılması yönündə bəzi işlər apardıq. Demək olar ki, sıfırdan klub yaratmalı olduq. Hazırda əsas və əvəzedici komandadan başqa, 8 yaş qrupu üzrə komandalarımız AFFA-nın müxtəlif liqalarında mübarizə aparır. “Sumqayıt Şəhər” Premyer Liqada mübarizə aparan yeganə klubdur ki, iki qız komandası ilə təmsil olunur. Ən böyük çətinliyimiz isə Sumqayıtda infrastrukturun olmamasıdır. Bildiyiniz kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yalnız bir meydança var. Həmin arenada əsas və əvəzedici komandamız oynayır. Belə olan halda aşağı yaş qrupları üzrə komandalarımızın ev oyunlarını keçirmək üçün bəzi problemlərlə üzləşirik. Hətta əsas və əvəzedici komanda da məşqlərini tez-tez başqa stadionlarda keçirməli olur ki, bu da bizə çətinlik törədən amillərdəndir. Bu yaxınlarda AFFA-nın prezidenti Rövnəq Abdullayevin açıqlaması bizi sevindirdi. Cənab Prezidentimiz İlham Əliyevin göstərişi ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işləri aparılacaq. Bu addım Azərbaycan futbolunun inkişafı üçün atılan ən önəmli addımlardandır. Sumqayıt şəhəri hələ uzun müddət ölkə futboluna perspektivli futbolçular bəxş edəcəkdir.


- Arxada qalan altı ayda klubda hansı işlər görülüb?

- Komanda yarandıqdan bir müddət sonra Avstriyaya təlim-məşq toplanışına yollandı. Bundan başqa, ilk ev oyunumuza qədər baş sponsorumuz “Azərikimiya” İstehsalat Birliyinin təşəbbüsü ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda kosmetik təmir işləri aparıldı. Paltardəyişmə otaqları əsaslı təmir olunaraq futbolçuların ixtiyarına verilib. Bundan başqa, Marketinq sahəsində də xeyli işlər görmüşük. Bir neçə şirkətlə əməkdaşlıq müqavilələri imzalamışıq. Üç dildə fəaliyyət göstərən yüksək səviyyəli internet səhifəmizi oxucuların istifadəsinə vermişik. Bilirsiniz ki, “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu aşağı yaş qrupları üzrə komandalara böyük diqqət ayırır. Klubumuzun U-17, U-16, U-15, U-14, U-13, U-11 və iki qız komandası AFFA-nın təşkil etdiyi Liqalarda təmsil olunur. Əsas, əvəzedici komandalardan başqa, aşağı yaş qruplarının oyunlarından xəbərlər, foto və video reportajlar operativ olaraq rəsmi internet səhifəmizdə yayımlanır. Yeganə klub saytıdır ki, aşağı yaş qruplarının təqvimi və turnir cədvəlləri portalda öz əksini tapır. İstifadəyə verildiyi gündən oxucuların rəğbətini qazanan “Sumqayıt Şəhər” PFK-nın rəsmi internet səhifəsinə maraq günü-gündən artmaqdadır. Təkcə noyabr ayı üçün internet səhifəmizin izlənmə sayı 7000 nəfərə yaxındır. Yaxın gələcəkdə internet səhifəmizdə yeni layihələr də həyata keçiriləcək. Eyni zamanda klubumuzun facebook və twitter kimi böyük sosial şəbəkələrdə rəsmi səhifələri fəaliyyət göstərir.


- “Sumqayıt Şəhər” Premyer Liqada 9 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Uğursuzluğun əsas səbəbi nədir?

- Nəticəni tam uğursuz saya bilmərəm. Son bir ayda komandada irəliləyiş göz qabağındadır. Belə ki, bu il ölkəmizi avrokuboklarda təmsil edən AZAL və “Qarabağ” üzərində qələbə qazanmışıq. Ümumiyyətlə, Premyer Liqada qapımızda 21 qol görmüşük ki, onların 17-də legionerlərin imzası var. “Sumqayıt Şəhər” aşağı yaşlar üzrə milli komandalarımızda forma geyinən futbolçulardan qurulub. Son zamanlar isə əsas qapıçımız Andriy Popoviç əsas millinin heyətinə çağırılır. Yığmanın Albaniya ilə keçirilmiş son yoldaşlıq matçında adıçəkilən qolkiper 90 dəqiqə meydanda oldu. Bundan başqa, komandamızın əsas müdafiəçisi Bədavi Hüseynov da uğurlu çıxışı ilə millinin baş məşqçisi Berti Foqtsun diqqətini çəkmişdi. Məhz müdafiəçimiz yığmanın heyətində Berlin şəhərinin “Union” klubu ilə oyunda meydana start onbirliyində çıxmışdı. Millinin Bakıda təşkil olunmuş seleksiya xarakterli son toplanışında üç futbolçumuz Bədavi Hüseynov, Hacı Əhmədov və Samir Yusifov da heyətə çağırılan futbolçulardandır. Qeyd edim ki, Hacı Əhmədov 19 yaşadək futbolçulardan ibarət millimizin kapitanıdır. Bundan başqa, Emil Balayev, Ruslan Tağızadə, Emin Mustafayev və Ruslan Qurbanov isə U-21-in əsas futbolçularıdır. Heyətimizdə U-17-nin üç üzvü Orxan Əliyev, Ruslan Nəsirli, Şamil Cəmaləddinov da gələcək vəd edən futbolçulardandır. Məhz bu səbəbə görə, komandamızın bir qədər zamana ehtiyacı var. Gənclərdən ibarət komandanın təcrübə yığması vacib amillərdəndir.


- Üç turdan sonra Premyer Liqada fasilə yaranacaq. “Transfer pəncərəsi” zamanı heyətə futbolçu cəlb olunacaqmı?

- Oktyabr ayından məşqçilər korpusu ilə bu barədə söhbətimiz davam edir. Artıq ölkə çempionatının fasiləsinə bir ay qalmış siyahımızı yekunlaşmış hesab edə bilərik. “Sumqayıt Şəhər” qışda heyətini bir qədər gücləndirəcək. Artır bir neçə futbolçu ilə danışıqlara da başlamışıq. Əlavə olaraq, bəzi futbolçularımız qışda komandadan ayrıla bilər.


- “Sumqayıt Şəhər”in bir neçə futbolçusu Premyer Liqanın öndə gedən klublarının transfer siyahısına düşüb. Bu barədə nə deyə bilərsiniz? 

- Premyer Liqada legioner limiti var. Əgər gələcəkdə legioner limiti sərtləşsə bu məsələ daha aktual olacaq. Hazırda dörd futbolçumuz Premyer Liqanın öndə gedən klublarının transfer siyahısına düşüb. Gənclərin tez bir zamanda komandadan ayrılması onların xeyrinə olmaya bilər. Ehtiyatda oturan zaman futbolçular formadan düşəcəklər. Belə olan halda, gənc futbolçularımızın milliyə xeyri azalacaq. Futbolçularımızı Premyer Liqa klublarına satan zaman bir amili nəzərə alacağıq. Belə ki, istəyirik həmin futbolçular yeni klublarında inkişafdan qalmasınlar. Əks halda qurduğumuz işin bəhrəsini görə bilməyəcəyik. Buna görə, futbolçularımızı ən azı bir-iki il klubumuzda saxlamağı düşünürük. Bu il üçün futbolçularımızın başqa klublara satılması gündəmdə deyil. Əsas məqsədimiz milli komandalarımıza futbolçu hazırlamaq və onların Avropa klublarında oynamasına şərait yaratmaqdır. Bu layihənin də məqsədi azərbaycanlı gənc və perspektivli futbolçuları daha böyük yerlərə hazırlamaqdır. Əminliklə deyə bilərəmki layihəmiz ölkə futbolunun inkişafına töhvəsini verəcək. “Sumqayıt Şəhər” bir illik layihə deyil. Klubun rəhbərliyi təssisçilərimiz, sponsorlarımız və portnyorlarımızın dəstəyi ilə bütün imkanlardan istifadə edib öz məqsədimizə nail olacağımıza inanırıq. Bu tempdə davam edəcəyimiz təqdirdə layihənin bəhrəsini görəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail