Ayxan Abbasov: "Oyundan öncə Vüsala əsas heyətdə şans vermək barədə xeyli düşündük"

26.08.2017 | 4107 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Sumqayıt"la oyundan (3:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavabıandırıb: 

- Fürsətdən istifadə edib ilk növbədə “Qarabağ”ı təbrik edirəm. Komanda hər kəsin arzusunu reallaşdırdı. Futbolçu və məşqçi karyeramda “Qarabağ”ın, Qurban Qurbanovun böyük rolu var.

Oyuna gəldikdə, bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Çünki “Kəpəz” üzərində qələbədən sonra komandada arxayınlaşma ola bilərdi. Həftə boyu bunun üzərində çalışdıq. İlk hissədə də göründü ki, futbolçularda arxayınlaşma var. Fasilədə oyunçularla söhbətimiz oldu. Fasilədən sonra “Zirə” kimi oynadıq. İkinci 45 dəqiqədə taktiki cəhətdən düzgün çıxış etdik. “Sumqayıt” da yaxşı komandadır. Artıq onların da heyətlərində təcrübəli futbolçular çıxış edir. Ardıcıl üçüncü qələbəmizi qazandıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Bundan sonra işimiz daha ağır olacaq.

- Demək olar ki, bugünkü oyunun taleyini əvəzetmə həll etdi?

- Vüsal İsgəndərlidə potensial görmüşük. Keçən ildən komandadadır. Amma onda sanki nəsə çatışmır. Bu səbəbdən də üzərində çox çalışırıq, fərdi söhbətlər aparırıq. Bu matçdan əvvəl də ona demişdim ki, qol vurmalısan. Oyundan öncə Vüsala əsas heyətdə şans vermək barədə xeyli düşündük. Ehtiyatda qalsa da, sonrada meydana çıxıb sözünü dedi. Amma gələcəkdə üzərində daha çox çalışmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail