"Hazırda çempionatda ən güclü heyət bizdədir"

08.12.2011 | 5079 dəfə oxunub

Futbol üzrə Azərbaycan I Divizionunda ötən tur səfərdə “Energetik”ə məğlub olan “Karvan”ın baş məşqçisi Zakir Mahmudov məğlubiyyətin səbəbini əsas heyətin bir neçə futbolçusunun zədəli olması ilə əlaqələndirib.

Stadium.az xəbər verir ki, o, PFL-in rəsmi saytına açıqlamasında bunları dilə gətirib: "Ötən tur səfərdə gözlənilməz məğlubiyyətə uğradıq. Əsas heyətin bir neçə futbolçusu – Kənan Kərimov, İsmayıl Məmmədov, Kənan Seyfullayev zədəli olduqlarından, Anar Həsənov isə cəzalı olduğundan meydana çıxa bilmədilər. Ona görə də əsasən gəncləri meydana buraxmışdım. İlk hissədə biz üstün olsaq da, ikinci hissədə rəqib nisbətən üstünlüyü ələ aldı. Oyunun sonlarında təsadüfi bir epizodda qapımızdan qol buraxdıq. İtkilərin çox olması komandanın orta xəttinin zəifləməsinə gətirib çıxardıb. Hazırda çempionatda ən güclü heyət bizdədir. Ona görə də ikinciliklə heç cür razılaşa bilmirəm. Növbəti oyunlarda qələbə qazanıb yenidən zirvəyə yüksəlməyə çalışacağıq. Yevlaxda “Bakılı”nı qəbul edəcəyik. Bu komandaya Azərbaycan kubokunda məğlub olmuşduq. Çox güclü komandadır, ağır oyun olacaq. Əsas heyətdən Orxan Məmmədov cəzalı, İsmayıl Məmmədov, Murad Ağakişiyev, Kənan Seyfullayev isə zədəli olduqlarından meydana çıxa bilməyəcəklər. Ancaq Anar Həsənovun cəzası başa çatıb və o, bu qarşılaşmada iştirak edəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail