Emin Mahmudov "Spartak"a qayıdır?

28.08.2017 | 4627 dəfə oxunub

Milli komandamızın futbolçusu Emin Mahmudovun agenti Aleksandr Manyakov futbolçunun "Boavişta"dan ayrılmasının səbəblərini açıqlayıb. Stadium.Az xəbər verir ki, Rusiya mətbuatına açıqlamasında agent ayrılıq qərarını Eminin özünün verdiyini bildirib:

"Ayrılıq təşəbbüsü Eminin özündən gəldi. Çünki o, daha çox oynamaq istəyirdi. Bu durum Mahmudovu qane etmirdi. Emin "Spartak" və "Saturn" kimi klublarda çıxış edib. O, Portuqaliyada özünü xoşbəxt hiss edir. Ailəsi də burada xoşbəxt idi və özü də komanda ilə yaxşı münasibət saxlayırdı. Emini "Boavista"dan qovmayıblar, sadəcə, az şans qazandığı üçün bu addımı atdı.O, dəfələrlə söyləyib ki, çox oynamaq istəyir".

 Eminə Rusiya və Avropa klubları maraq göstərir. Mahmudov Rusiyanın I Divizionunda o halda çıxış edər ki, həmin komandanın Premyer Liqa hədəfləri olsun. Premyer Liqa klubları isə Mahmudovu yaxşı tanıyır, çünki onun Rusiyada adı var. Komandalar onun səviyyəsinə yaxşı bələddilər. Transfer pəncərəsi bitənə qədər yekun qərar verəcəyik. Qaydalarla yaxından tanışsınız və bilirsiniz ki, azad agent statusu daşıyan oyunçulara əlavə iki həftə vaxt da verilir".

 Agent Mahmudovun "Spartak"a mümkün keçidi barədə danışıb:

"Hadisələrə real yanaşaq. "Spartak"da hədəflər başqadır. Moskva klubunun yarımmüdafiə xəttində səviyyəli futblçular var. Həmçinin, bildiyim qədər bu mövqey üçün transfer axtarışında deyillər".

25 yaşlı yarımmüdafiəçi “Boavista”ya ötən yay “Krılya Sovetov”dan ayrıldıqdan sonra keçmişdi. Mahmudov Portuqaliya klubunda cəmi 12 oyunda meydana çıxıb və 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail