Londona "Qarabağ"ın iki komandası gedir

28.08.2017 | 3989 dəfə oxunub

“Çelsi” ilə “Qarabağ” arasında keçiriləcək Çempionlar Liqasının oyunundan bir gün əvvəl bu klubların 19 yaşadək komandaları arasında UEFA Gənclər Liqasının da oyunu keçiriləcək.

Stadium.Az xəbər verir ki, ÇL-də eyni qrupda mübarizə aparacaq klubların gənclər komandalarının öz qrupu formalaşdırılıb. Qaydalara görə, əsas komandalar arasındakı görüşdən bir gün əvvəl gənclərin də qarşılaşması keçiriləcək.

“Çelsi”nin gəncləri ilə oyuna “Qarabağ”ın U-19 komandasını baş məşqçi kimi meydana əsas komandanın kapitanı Rəşad Sadıqov çıxaracaq.

“Qarabağ”ın U-19 komandası da əsas komanda ilə birgə Londona çarter reysi ilə yola düşəcək.

Bu arada Sadıqovun baş məşqçisi olduğu komandanın UEFA Gənclər Liqasında ev oyunlarını keçirəcəyi stadion da müəyyənləşib. Komanda rəqibləri olan “Çelsi”, “Atletiko” və “Roma”nı “Qarabağ”ın Suraxanıdakı stadionu olan “Azərsun Arena”da qəbul edəcək. Əsas komanda isə Çempionlar Liqasında ev oyunlarını, öncədən də xəbər verildiyi kimi, Tofiq Bəhramov adına Respubliks Stadionunda qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail