"Kəpəz"in kapitanı: "Növbəti tura kimi vaxtımız var"

28.08.2017 | 3794 dəfə oxunub

“Neftçi” ilə oyunda əldə etdiyimiz bir xal olsa da, bu xalı qazanmaq bizim üçün çox vacib idi. Çünki bu, bizə inamı qaytaracaq. Psixoloji cəhətdən özümüzə gəlmək, motivasiya qazanmaq üçün xal lazım idi”. Stadium.Az xəbər verir ki, bunu “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov klub saytına açıqlamasında deyib.

“Əsas odur ki, uduzmadıq. Çempionata pis başlamışdıq. Ardıcıl iki matçda məğlub olmuşduq, ona görə bizim üçün çətin idi. Amma son oyun uşaqlara güc verdi, toparlanmağı bacardıq”.

Rəhimov “Neftçi” ilə oyunun prinsipiallığından da danışıb: “Oyunun digər tərəfdən əhəmiyyətini də yaxşı başa düşürdük. Bilirik ki, “Kəpəz” ilə “Neftçi” arasında əzəli rəqabət var. Uzun illərdir ki, rəqabət davam edir. Səfərdə oynamağımıza baxmayaraq qalib gəlmək istəyirdik. Lakin sonda bir xalla kifayətlənməli olduq”.

Kapitan “sarı-göylər”in ilk iki turdakı məğlubiyyətinə şərh verərək səbəblərdən danışıb: “İlk turlarda rəqiblərlə açıq futbol oynadıq və bu, bizə baha başa gəldi. Daim hücumda olub qollar vurmaq istədik, amma çətinliklə üzləşdik. Rəqiblər bizi əks-hücumda tutub istədikləri nəticəni qazandılar. Bu səbəbdən də son matçda qapalı oynamağa çalışdıq. “Neftçi” qol vəziyyətlərini uzaq məsafələrdən zərbələrlə yaradırdı. Davud Kərimi isə mövqeyində inamlı çıxış edib səhvsiz oynadı”.

Milli komandaların Dünya Çempionatı-2018-in seçmə mərhələsinin oyunları səbəbdən çempionatda fasilə yaradığından “Kəpəz”in futbolçuları hələlik istirahət edirlər. Yorğunluğu üzərlərindən atmağa çalışan oyunçular məşq prosesində var gücləri ilə tapşırıqları yerinə yetirəcəklər. Şəhriyar Rəhimov da fasilənin komandaya müsbət təsir edəcəyini bildirib:

“Növbəti tura kimi vaxtımız var. İndi istirahət edirik, məşqlərə daha gümrah çıxacağıq. Fasilə dövründən yaxşı yararlanıb, çatışmayan cəhətlərimizin üzərində işləyəcəyik. Baş məşqçimiz Şahin Diniyev vəziyyəti təhlil etməklə öz tapşırıqlarını verəcək. Fasilə öncəsi son görüşdə məğlub olmadan istirahətə yollanmağımız da üstünlüyümüzdür. Çünki əhval-ruhiyyəmiz bir az düzəlib. İnşallah, qarşıdakı oyunlarda uğurlu nəticələr qazanmağa davam edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail