"Xəzər Lənkəran"da yenə məğlubiyyətsiz debüt olacaq?

09.12.2011 | 4967 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qarabağ”la ev oyunu “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Cüneyt Biçer üçün xüsusi əhəmiyyət kəsb edir. Stadium.az xəbər verir ki, dekabrın 10-da keçiriləcək qarşılaşma türkiyəli mütəxəssisin yeni komandasındakı debüt matçı olacaq.
 
Bu klubun tarixi ərzində 7-ci baş məşqçi olan Biçer 7 rəqəminin xoşbəxt rəqəm sayılmasının təsadüf olmadığını sübut etməlidi. Ona qədər “Xəzər Lənkəran”ın heç bir baş məşqçisi debüt matçında uduzmayıb. Lakin qələbə də hər mütəxəssisə nəsib olmayıb. Viktor Pasulko, Ağasəlim Mircavadov və Mirça Rednik ilk matçlarında qələbə sevinci yaşayıblar. Onların üçü də Lənkəranda minimal fərqli qələbəyə seviniblər. Digər 3 çalışdırıcı isə komandamızdakı fəaliyyətini heç-heçə ilə başlayıb.
 
Qeyd edək ki, Nazim Süleymanov, Rasim Kara və Mircavadov komandaya iki dəfə baş məşqçi təyin olunub. Onların qayıdışdan sonrakı ilk görüşləri debüt matçı sayılmır. Həmçinin bu vəzifəni müvəqqəti icra edənlərin də “Xəzər Lənkəran”ı meydana çıxarması şərti xarakter daşıyıb.
 
Baş məşqçilərin debüt oyunları
 
Baş məşqçi
Tarix
Oyun
Hesab
Nazim Süleymanov
07.08.2004
“Turan” – “Xəzər Lənkəran”
1:1
Rasim Kara
30.10.2004
“MKT-Araz” - “Xəzər Lənkəran”
0:0
Viktor Pasulko
12.02.2006
“Xəzər Lənkəran” - “Olimpik”
1:0
Ağasəlim Mircavadov
11.08.2006
“Xəzər Lənkəran” – “Neftçi”
2:1
İqor Ponomaryov
15.02.2009
“Xəzər Lənkəran” - “Karvan”
0:0
Mirça Rednik
07.08.2010
“Xəzər Lənkəran” – “Qəbələ”
1:0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail