Mirça Rednik: "Fürsət gözləyənlər indi mənim postumu tutublar"

09.12.2011 | 7349 dəfə oxunub

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik cənub təmsilçisi ilə yollarını ayırmasından, eləcə də gələcək planlarından danışıb. Stadium.az rumıniyalı mütəxəssisin diqqət çəkən açıqlamalarını diqqətinizə çatdırır:

“İnter”lə oyundan dərhal sonra vitse-prezident Tuyqun Nadirov mənimlə görüşüb iki şərtlə çıxış etdi. Onun dediyindən belə aydın oldu ki, komandanın altı futbolçusu məndən onlara şikayət edib və mənim qalmağım güya "Xəzər Lənkəran” üçün problem yaradır. Belə olan halda ya həmin futbolçuları kənarlaşdırmağımı, ya da özümün getməli olduğumu çıxış yolu kimi göstərdi. Əsas heyət üzvü olan bu altı futbolçunu komandadan göndərməyi mən heç düşünmürdüm və bu futbolçuların işinə zərbə olmasın deyə ikinci variantı seçdim. Yəni özümü qurban verdim. Onların dediyinə görə mən problem yaradıram. Amma mən nizam-intizamı sevən adamam. Bəlkə də bu nizam-intizam məsələsi onlara problem yaradırdı. Dünya praktikasının əksinə olaraq bu məsələdə maraqlıdı ki, məşqçi günahlandırıldı. Əslində futbolçuların mənə şikayət etməli olduqları halda niyə məhz vitse-prezidentə şikayət etmələri mənim üçün qaranlıq qaldı. Bunun necə baş verdiyini aydınlaşdırmaq üçün isə əlimdə heç bir dəlilim yoxdu. Hər şey sanki əvvəlcədən hazırlanmışdı və heç bir müzakirə aparılmadan bir anda bitdi. Anlaşılan deyil ki, çempionat başlayandan ilk pillədə olduğumuza baxmayaraq, belə bir qərar verildi”.
 
“Bəs niyə klub prezidenti ilə görüşmədiniz” sualına isə Rednik belə cavab verib: "Mənim ümumiyyətlə prezident ilə görüşməyimə şərait yaradılmırdı. Bütün məsələləri menecerlər həll edirdi. Mən bir çox klublarda işləmişəm və belə bir halla ilk dəfədir ki, rastlaşıram”

“Makkabi” ilə oyun üçün cəmi 20 gün vaxtımız oldu ki, futbolçuların da beş-altısı matça cəmi bir həftə qalmış heyətə qoşuldular. Deyərdim ki, istədiyim oyunçuları ala bilmədik və nəzərdə tutduğum heyəti qura bilmədim. Hətta buna baxmayaraq yayda qurduğumuz heyətin bir sıra üzvlərini də rəhbərlik istəmədiyindən göndərdilər. İndi əlimdə qalan 5-6 futbolçunun göndərilməsini də istəyirdilərsə, onda bəs meydana kimi çıxartmalı idim? Mən gətirdiyim və komandada olan futbolçulara güclü şans yaratdım, amma onların bəziləri əvəzini mənim çiynimdə oturmaqla verdilər. Onlar başa düşmürdülər ki, mənim üçün yox, azarkeşlər, komanda və öz məvacibləri üçün oynamalıdırlar. Baxmayaraq ki, "Neftçi” ilə oyundan sonra onların məvacibinin 30%-i kəsildisə, mənim və məşqçilər korpusunun məvacibinin 50%-i kəsildi. Mən bunu anlayışla qarşıladım və heç bir etiraz etmədim. Bəzi futbolçulardan isə əvvəlki münasibəti görmürdüm. Bəlkə də bütün bunları görərək tələsik qərar verdim. Amma yox, mən, heç kimi güdaza verməməkdə və çıxıb getməkdə yəqin ki, düzgün qərar qəbul etdim. Bütün bunlar olmasaydı qalıb işləmək əlbəttə xoş idi. Çünki, azarkeşlər tərəfindən çox isti münasibət görürdüm və daim buna qarşılıq verməyə çalışırdım” – deyə, Rednik üzləşdiyi problemlərdən danışarkən vurğulayıb.
 
Rumıniyalı mütəxəssis sonda bunları dilə gətirib: “Bütün bunlar yəqin ki, baş verməli idi. Fürsət gözləyənlər də indi mənim postumu tutublar. Amma, mən burada xoş günlər keçirdim. Çoxlu insanları sevdim və sevgilərini qazandım. Bu gün artıq gecdi. Mən müqaviləyə xitam vermişəm. Amma inanıram ki, bir gün daha güclü olaraq sizlərin aranıza qayıdacağam. Biz bura təkcə pul qazanmaq üçün deyil, iş görməyə gəlmişdik. Lənkəran bizim ikinci ailəmiz oldu. Baxmayaraq ki, bir sıra təkliflər var, mən indi çox sarsılmışam və ümumiyyətlə bu haqda düşünmək belə istəmirəm. Mən yalnız evə gedib istirahət etməyi düşünürəm. Həm də xoşbəxtəm ki, gedişimdə belə məni dəstəkləyənlər kifayət qədərdi. Məhz sizləri və komandamı sevdiyimdən bundan sonra da "Xəzər Lənkəran” üçün ən yaxşısını arzulayıram. Sizlər doğurdan da buna layiqsiniz. Sizləri tərk etdiyim üçün çox üzülürəm. Bir daha deyirəm ki, bu qərarı mən vermədim”. (Bosman)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail