Arif Daşdəmirov: "Uduzmağı bacarmaq lazımdır"

09.12.2011 | 7864 dəfə oxunub

“İnter”in cinah müdafiəçisi Arif Daşdəmirov klubun rəsmi saytına müsahibəsində “Xəzər Lənkəran” üzərindəki qələbədən, eləcə də “Qəbələ” ilə qarşıdan gələn görüşdən danışıb.

Stadium.az həmin müsahibəni diqqətinizə çatdırır:
 
"Xəzər Lənkəran”la oyun həddən artıq vacib idi. Yaxşı ki, komandaya qalib gəlmək müyəssər oldu. Oyun çox ağır alındı. Uşaqlar maksimum güclərini ortaya qoydular. Oyunun gedişində xoşagəlməz epizodlar yaranırdı, lakin futbolda belə hadisələr olur. Düşünürəm ki, biz bu qələbəyə layiq idik. Daha xoş olanı budu ki, bu qələbə sayəsində turnir cədvəlində yüksəlməyə nail olduq".
 
- “İnter” nəyin hesabına “Xəzər Lənkəran”a qalib gəldi?
- Düşünürəm ki, fədakarlıq və xarakter hesabına qalib gəlməyi bacardıq. Bu faktorlar qələbə qazanmağımızda böyük rol oynadı. Biz sonadək mübarizə apardıq və xarakterimizi göstərdik.
 
- Bu dəfə sən sağ cinahda yox, adət etmədiyin qarşı mövqedə oynadın. Bu mövqedə oynamaq sənə narahatlıq yaratmadı?
- Əvvəl bir qədər çətin oldu, axı sağ cinahda oynamağa adət etmişəm. Lakin sonradan yavaş-yavaş öyrəşdim, axı belə baxanda sol və ya sağ cinahda oynamaq arasında elə də böyük fərq yoxdu. Hər iki mövqedə də eyni funksiyaları yerinə yetirirsən. Müəyyən narahatlıq o zaman yaranırdı ki, mən topu sağ cinahdan ötürməyə alışmışam, həmin oyundasa bunu sol cinahdan etməli oldum.
 
- Qarşılaşmanın sonunda baş vermiş xoşagəlməz epizoda, tribunadan “İnter”in baş məşqçisinin başına daş atıldığı zaman necə reaksiya verdin?
- Bilmirəm, bu bilərəkdən edildi, ya yox. Ancaq əsas odu ki, hazırda məşqçinin vəziyyəti normaldır. Demək istəyirəm ki, uduzmağı bacarmaq lazımdı və azarkeşlər bunu anlamalıdırlar.
 
- Yeri gəlmişkən, “Xəzər Lənkəran” Azərbaycan kubokunda “İnter”in növbəti rəqibi olacaq. Məhz bu komanda “İnter”i ötən mövsüm kubokun final qarşılaşmasında mükafatsız qoymuşdu. O zaman məhz sənin 11 metrlik zərbən dəqiq olmamışdı. Yəni komandaya və şəxsən sənə ötən mövsümdəki məğlubiyyətin əvəzini çıxmaq üçün əla şans yaranıb.
- Əlbəttə, belə vəziyyətlərdə həmişə revanş almaq hissi olur. Bu dəfə biz qol vəziyyətlərindən istifadə etməli və təsdiqləməliyik ki, biz güclüyük. Ötən il final qarşılaşmasına gəldiksə yalnız onu deyə bilərəm ki, penaltilər seriyası lotoreyadı və o zaman “Xəzər Lənkəran”ın bəxti daha çox gətirdi.
 
- Mövsümün əvvəlində “İnter” dəyişikliyə uğradı, komandanı əsas heyətin bir necə oyunçusu tərk etdi və bir çoxları komandanın ciddi tapşırıqları yerinə yetirəcəyinə inanmırdılar. Lakin artıq 15 tur arxada qalıb və “İnter” inamla turnir cədvəlində yüksək yerlərdədi. Bu mövsüm komanda hansı vəzifələri yerinə yetirəcək və hansı məqsədləri güdür?
- Oyundan da görünür ki, komanda ancaq irəliyə hərəkət edir. Biz birinci yer uğrunda mübarizə aparırıq. Məqsədimiz çempionluqdu. Bu il “İnter”də gənc futbolçular oynayırlar və baş məşqçi də onlara özlərini göstərməyə həvəslə şans verir. Əgər biz ötən mövsümlə müqayisədə zəifləmişiksə, o zaman komanda necə olur ki, ikinci yeri tutur? Mən titula çox can atıram, ona görə ki, çempionatda və kubokda qələbənin dadını dadmaq mənə hələ müyəssər olmayıb.
  
- Artıq bazar günü “İnter” çempionat oyunları çərçivəsində “Qəbələ”yə qarşı oynayacaq. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Bizim üçün asan oyunlar olmur. Qəbələdə matç çox çətin olacaq. Rəqib son oyunda qələbə qazanıb və növbəti qələbə əldə etməyə çalışacaq, axı onlara “altılıq”da mövqelərini möhkəmləndirmək lazımdı. Buna görə də, komandaya çox çətin olacaq. Bizə öz futbolumuzu oynamaq lazımdır və o zaman nəticə də gələcək. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail