Yeni transferi: “Qarabağ”da oynamaq mənə maraqlı gəldi"

06.09.2017 | 5290 dəfə oxunub

“Əvvəlcə “Qarabağ”dan gələn təklifə  təəccübləndim. PAOK-da vəziyyət yaxşı deyildi. Başa düşürdüm ki, komandanın Avropa Liqasında qrupa vəsiqə qazanmaq şansı azdır”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Pedro Enrike deyib.

Braziliyalı yarımmüdafiəçi “Arena Press” qəzetinə açıqlamasında Ağdam klubuna keçidi haqda danışıb:
“PAOK son günlər yeni transferlər etdi. Mən isə daha çox oynamaq istəyirdim. Düzdür, PAOK-da qalmaq istəyirdim. Ancaq artıq 27 yaşım var, daha çox oynamalıyam. Salonikidə unudulmaz anlar yaşadım, kubok qazandıq. Ancaq futbol da sürətlə dəyişir. Əminəm ki, PAOK-a qayıdacam. Bu komandanın qapıları mənim üçün bağlanmayıb”.

Pedro “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının seçiminə böyük təsir etdiyini vurğulayıb:

“Qarabağ”da oynamaq mənə maraqlı gəldi. Çempionlar Liqasında iştirak etmək hər vaxt nəsib olmur. Bəlkə də PAOK-a qayıdanda orda da ÇL-in qrup mərhələsində çıxış edəcəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail