Rəşad Sadiqov: "Rednikin Kamrana qarşı bu hərəkəti istefanın əsasını qoydu"

09.12.2011 | 5351 dəfə oxunub

“Qaravağ”ın kapitanı Rəşad Sadiqov sabah “Xəzər Lənkəran”a qarşı səfərdə keçiriləcək oyunla bağlı müsahibəsi

- “Xəzər Lənkəran”la oyuna hazırlıq necə gedir?

- Hazırlığımız çox yüksək səviyyədə gedir. Hətta başqa  komandalarla oynayanda da “Xəzər Lənkəran”ı fikirləşirik.

- Statistikaya əsasən, “Qarabağ” “Xəzər Lənkəran”a ən çox qol vuran və ən az məğlub olan komandadır.

- Düzü, meydana statistikanı nəzərə alaraq çıxmayacayıq. Ancaq, çalışacağıq ki, yaxşı nəticə qazanaq. İnşallah, buna nail olarıq.

- Bilirsiniz ki, görüşü boş tribunalar önündə keçirəcəksiniz. Bu amilin oyununuza hansısa təsiri ola bilər?

- Futbolun maraqlı olmasında azarkeşlərin çox böyük rolu var. Lənkəranın çılğın azarkeşlərini xüsusu qeyd etsəm, yanılmaram. Ola bilər ki, oyun bir qədər sönük keçsin. Azarkeşsiz meydançada oynamaq bir az çətin olur. Ancaq, qarşılaşmanın hansı məcrada keçəcəyini oyun göstərəcək.

- “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin istefa verərək komandadan ayrıldı. Məşqçi dəyişikliyini “Qarabağ” üçün üstünlük saymaq olar?

- Mən belə deməzdim. Çünki komandanın heyətində peşakar futbolçular çıxış edir. Əgər peşakar futbolçusansa, hansı məşqçinin olmasının fərqi yoxdur. Meydana çıxaraq öz oyununu oynamalısan. Düşünürəm ki, sabah Lənkəran klubu meydana özünü doğrultmaq üçün çıxacaq. Komandanın yeni baş məşqçisi ən azı özünü sübut etməyə çalışacaq. Futbolçular da özlərini yaxşı tərəfdən göstərmək istəyəcək. Məncə, onlar bizimlə qarşılaşmada var gücləriylə oynayacaqlar.

- Yeri gəlmişkən, Rednikin istefası sənin üçün gözlənilməz olmadı?

- Gözləməsəm də, zaman ona gətirib çıxarırdı. Vaxt özü göstərirdi ki, Rednik getməlidi. Komandasının qapıçısı Kamran Ağayevə qarşı belə hərəkət etməyi, kapitan sarğısını əlindən almağı, komandanın heyətindən çıxarmaq istəməsi istefanın əsasını qoydu. Rednik gərək belə etməyəydi. Çempionat başlayanda 9 xal hamıdan öndəydilər, çempionluğa ən real namizəd onlar idilər. Sonradan çox zəif çıxış etməyə başladılar.

- Son olaraq. İndiki hazırlıq durumun səni qane edir?

- Açığı, bunu mən özüm deyə bilmərəm. Lakin az da olsa yorğunluq var. Çünki tez-tez oyunlarda iştirak etdiyindən istər-istəməz yorğunluq əmələ gəlir. İnşallah, sabahkı oyuna tam hazır olaram.

Qol.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail