Xetaqurov: "Rodriqinyonun məşqlərə nə zaman başlayacağı əməliyyatdan sonra müəyyənləşəcək"

09.12.2011 | 5404 dəfə oxunub

"Neftçi" PFK-nın futbolçusu Rodriqinyo hazırda klubun tibbi bərpa mərkəzində müayinə olunur. Stadium.az xəbər verir ki, prosesə rəhbərlik edən klubun baş həkimi Boris Xetaqurov rəsmi sayta bununla bağlı danışıb:

"Bildiyiniz kimi, Rodriqinyo UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə cavab görüşünün əvvəllərində ciddi zədə alıb. Onun sol dizinin ön çarpaz bağı, xarici yan bağı və arxa çarpaz bağı qırılıb. Bu çox təhlükəli zədədir. Futbolçumuz artıq iki dəfə əməliyyat olunub. Rodriqinyonun bərpakeçmə prosesi o, Braziliyada olarkən başlamışdı. Amma bu proses "Neftçi" klubunun bazasında davam etdirilir. Çünki burada hər cür şərait var. Klub prezidenti Sadıq Sadıqovun təşəbbüsü ilə bazada hər bir avadanlığı olan tibbi bərpa mərkəzi yaradılıb.

Hazırda Rodriqinyo həkim-fizioterapevt Rahim Məhərrəmovun nəzarəti altında bərpa prosesi keçir. Futbolçumuz üçüncü dəfə əməliyyat olunmaq üçün yanvarda Braziliyaya yollanacaq. Onun məşqlərə nə zaman başlaması bu əməliyyatdan sonra müəyyənləşəcək"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail