Zaur Svanadze: "Bəzi texniki problemlər var"

09.09.2017 | 6109 dəfə oxunub

“İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 4-cü turunda doğma meydanda “Kəpəz”ə qalib gəldikləri oyundan (3:2) sonra jurnalistlərin suallarını cavablandırıb:

- 3 xal qazandıq. Yaxşı ki qalib gəldik. Komandamın oyunundan razı qaldım. Yenə oyuna yaxşı başladıq və erkən qol vurduq. Ancaq sonra həmişəki kimi “panika”ya düşdük. Niyə belə olduğunu bilmirəm. Rəqib standart vəziyyətlərdə çox güclüdür və bundan istifadə etdilər. 3 qol vurduqdan dərhal sonra 2 qol buraxmaq yaxşı hal deyil. İkinci hissədə daha yaxşı oynadıq. Bizim üçün mövsüm boyu çox çətin olacaq.

- Oyundan sonra futbolçulara nə dediniz?

- Onları təbrik etdim. Dedim ki, bizi belə oyunlar çox gözləyir. Ancaq bəzi texniki problemlər var. Bunlar texniki problemlərdir, düzəltmək mümkündür. Öz üzərimizdə çalışmalıyıq.

- Nizami Hacıyevin əvəzlənməsi nə ilə bağlı idi? 

- Nizamini əvəzləməyim zədəylə bağlı deyildi. Belə istədim.

- Futbolçular matç zamanı tez-tez top itkilərinə yol verirdilər. Sanki nizam-intizam aşağı səviyyədədi. Məsələn, ilk qol buraxılan zaman Nizami Hacıyev mərkəzdə yersiz vəziyyətdə top itirdi, ikinci qolda isə Orxan Sadıqlı çox irəli çıxmışdı.

- Bu məsələdə haqlısınız. Nizaminin yersiz top itirməsini nizam-intizamla bağlamıram. Belə vəziyyətlərə yol vermək olmaz. Onun əvəzlənməsi isə onun bu hərəkətləriylə bağlı deyildi. Sadəcə, qarşılaşmadan öncə əzələsində ağrı olduğunu demişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail